main-post-cover

    Call of Duty: Black Ops 3 oyununun PS3 və Xbox 360 versiyalarında singleplayer rejim olmayacaq

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Activision şirkəti Call of Duty: Black Ops 3 oyununun PS3 və Xbox 360 versiyalarına aid yeni xəbərləri paylaşıb. Verilən məlumata görə Beenox və Mercenary Technology studiyaları tərəfindən sözügedən konsollar üçün hazırlanan Call of Duty: Black Ops 3-də yalnız multiplayer və zombie rejim olacaq. 4 nəfərlik co-op singleplayer rejim isə yalnız PC, PS4 və Xbox One üçün nəzərdə tutulub. Bunun səbəbi isə köhnə nəsil konsolların singleplayer rejim üçün əlverişli sistemə malik olmamalarıdır. Multiplayerə gəldikdə isə bu rejim hər iki nəsil konsollarda eynidir. Verilən məlumata görə PS3 və Xbox 360 auditoriyası yeni oyunun yanında Call of Duty: Black Ops oyununu almaq üçün kupon əldə etməklə yanaşı Call of Duty: Black Ops 3-ü $50 ucuz qiymətə ala biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər