Bu günün ən mükəmməl stealth tipli sualtı gəmisi olan Kockums A26.

Bu günün ən mükəmməl stealth tipli sualtı gəmisi olan Kockums A26.

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Təkcə avtomobil istehsalı ilə məşqul olmayan İsveç şirkəti Saab keçən il ictimaiyyətə Kockums A26 adlı yeni nəsil sualtı gəminin proyektini təqdim etdi. Uzunluğu 63m təşkil edən yeni nəsil sualtı gəminin konstruksiyasında sualtı "gözəgörünməzlik" sahəsində olan ən son texnologiyalardan istifadə edilmişdir. Saab şirkətinin rəsmilərinin sözlərinə görə həmin texnologiyaların köməyi ilə dünyada hal-hazırda olan istənilən aşkarlayıcı cihazın vasitəsi ilə A26-nı aşkarlamaq qeyri-mümkündür. Ölçülərinin böyük olmamasının sayəsində A26 sualtı gəmisi aşkarlanmadan sahil xətdinə yaxınlaşmaqdan başqa xüsusi təyinatlı əsgərləri suyun altında müəyyən edilmiş keçid vasitəsi ilə gizli tapşırıqlara göndərməyə malikdir. "İsveç GHOST (Genuine HOlistic STealth) proqramının reallaşdırılmasında böyük uğurlar əldə edib. Bu proqramın məqsədi sualtı və suüstu hərbi dəniz gəmiləri üçün mümkün olan bütün stealth texnologiyalarının istehsal edilməsidir. Bu texnologiyalar A26 sualtı gəmisinin konstruksiyasında öz əksini taparaq onu ən effektli gözəgörünməz sualtı gəmi edir" - deyə şirkət bildirib. Uzunluğu 63m, hündürlüyü isə 6,5m olan A26 tipli sualtı gəmi 200m dərinliyə enməyə qadirdir. A26 avtonom rejimdə 45 sutka üzə bilir. 45 sutkadan 18 sutkasını isə suyun altında fasiləsiz üzmək qabiliyyətinə malikdir. A26 adi dizel-elektrikli sualtı gəmidir. Lakin onu digərləndirən fərqləndirən cəhət onda geniş stealth texnologiyaya malik Kocrums Stirling AİP (air-independent propulsion) adlı güc qurğusunun quraşdırılmasıdır. Bundan əlavə olaraq sualtı gəminin korpusunun konstruksiyası adı çəkilməyən şirkət tərəfindən hazırlanıb və yüksək dözümlülüyə malikdir. Hal-hazırda Saab şirkəti iki dənə A26 tipli sualtı gəminin istehsalı üçün İsveçin Hərbi Dəniz Qüvvələri ilə müqavilə imzalayıb. Bundan başqa şirkət müqavilənin şərtlərinə əsasən artıq mövcud olan Gotland tipli sualtı gəmiləri stealth texnologiyaları ilə təchiz etməlidir. A26 tipli sualtı gəmilər 2018 və 2019-cu illərin sonlarında İsveçin donanmasına təhvil verilməlidir. Artıq mövcud olan sualtı gəmilərin yenilənməsi ilə birlikdə müqavilənin qalan bütün şərtlərinin yerinə yetirilməsinin 2024-cü ildə yekunlaşması planlaşdırılır. "Bizim şirkət A26 tipli sualtı gəmiləri ilə İsveçin dost ölkələrinin hərbi qüvvələrini təmin etməyi düşünür. Yeni texnologiyaların köməyi ilə artıq mövcud olan sualtı gəmilərin yenilənməsi bizə bu sektorun böyük bir hissəsini qazandırmağa imkan yaradacaq" - deyə Saab şirkətinin rəsmiləri bildiriblər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dənizkənarı parkda selfie çəkdirərkən dənizə düşdü

Gənc qız selfi çəkdirmək istəyərkən dənizə düşüb. Hadisə saat 14:30 radələrində Dən..


Uğursuzluğa düçar olmuş smartfonlar

Bəzi cihazlar bazarda inqilab yaradaraq milyonlarla insanı özlərinə sevdirir və çoxlu tirajlarla sat..


Snapdragon 820 çipi rəsmi şəkildə təqdim olunub

Qualcomm şirkəti yeni Snapdragon 820 çipini təqdim etdi. Yeni çip 64-bit olub öz Kryo nüvəsini işləd..


Google Chrome brauzeri Windows və OS X sistemlərinin köhnə versiyalarını artıq d..

Google rəsmi şəkildə bildirdi ki, Chrome brauzeri Windows və OS X sistemlərinin köhnə versiyaları ü..


Pirat Windows-un ən əsas 2 zərəri.

  Windows dünyadaki bütün kompüterlərin 87.75%-də istifadə olunan, hər gün yüzlərlə insa..

×