main-post-cover

    Bu günümüzə qədər olan ən yaxşı mobil telefonlar – Birinci Hissə

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Gəlin birlikdə nostalji hisslər yaşayaq.
    İlk iPhone-nun işıq üzü görməsindən 8 il keçir. Nokia artıq çoxdan bazarın lideri deyil. Siemens və Sony Ericsson mobil brendləri artıq yoxdur. Windows Phone istifadəçilər üçün maraqlı deyil. Və bazarda əsas rəqabət iOS və Android cihazları arasında gedir.

    Siemens SL45

    Öz vaxtının ən öndəgedən telefonların biri idi. 2000-ci ildə satışa çıxan telefon mp3 playeri, diktofonu, Microsoft Outlook ilə sinxronizəsi və metallik korpusu ilə digərlərindən fərqlənirdi. Telefon ilə birlikdə 32mb-lıq MultiMediaCard alıcılara təqdim olunur.
    Təkrar edirik Siemens SL45 ilk mp3 playerə məxsus telefon idi. Telefonun çıxdığı gün satış qiyməti 500$ idi.
    Kimdə var idi bu telefondan?

    Siemens C55

     
    Korpusu dəyişilə bilən ilk telefonlardan biri. Çoxda yüksək olmayan qiyməti (180$) onu tələbələr arasında məhşur etmişdi.
    Sony Ericcson T68

    Ilk rəngli (256 rəng) ekrana malik GMS telefon. Bu fakt 2002-ci ilin əvvələrində bu modelə dəhşətli dərəcədə məhşurluq gətirmişdi. Telefon ilə birlikdə onu qoşula bilən fotoaparat almaq olardı. Başlanğıc üçün satış qiyməti 500$ idi
     
    Siemens ME45

    Nəm və toz keçirtməyən korpus! Bu terminlə fərqlənən ilk telefonlardan biri. Alman şirkəti öz qoruyucu korpusu olan M seriyasını genişləndirməyə davam edirdi. 350$-a siz bu telefona sahib ola bilərdiz
     
    HTC Touch

    Bazarda barmaqla işləməyə yararlı sensoru olan ilk telefonlardan biri. Xoşəgələn dizayn, xüsusi telefon üçün yığılmış TouchFLO əməliyyat sistemi telefonu sevilənlər siyahısın əlavə edirdi. Daha sonra Tayvan şirkəti Touch seriyasını genişləndirdi: Touch Dual, Touch Diamond, Touch Diamond 2, HTC Touch Pro, Touch Cruise
    Seriyanın bazarda satış qiyməti 650 $-dan başlayırdı.
     
    Motorola RAZR V3
     
    Telefon bazarının ən baxımli və gözəl telefonlarından biri. Açılıb yığılan korpusu (13.99mm), iki rəngli ekranı, daxili fotokamera ilə təchiz olunmuş telefon 800$ olmasına baxmayaraq milyonlarla satıldı. Yəginki iPhone-a qədər RAZR V3 qızların ən sevimli telefonu idi.
     
    Samsung D500/D600/D900

    Şəkildə Samsung D900-dir. Samsungun D seriyası məhşur sliderı ilə milyonların rəğbətini qazanırdı. O vaxt üçün mükəmməl ekranı və fotokamerası ilə bazarda rəqiblərini çox geridə qoymuşdu. Onlar həqiqətən samsugun ən çox satılan telefonlarından idi. Qiymətləri isə 500$-dan başlayırdı.
     
    Nokia N95

    Slider-lər mövzünü davam etdirsək 2007-ci ilin ən öndəgedən telefonu olan Nokia N95 haqqında danışmaya bilmərik. Qısaca olaraq: Bahali, çox funksiyalı, ikili slider. Telefonu yuxarı açdıqda klaviaturaya, aşağı açdıqda isə musiqi playerinin düymələrinə yol açılırdı. Telefonda 5MPX-lik kamera, FM radio, MP3 player, microSD kart yeri hətta TV çıxışı belə var idi. Qiyməti isə diqqət 1200$ idi
    Sony Ericsson K750i/W800

    2005-ci ilin bestselleri. Sony Ericsson şirkətinin ən uğurlu modellərindən biri. K750i ilk 2mpx kameraya sahib telefon idi. K750-in bazasında W800 telefonu istehsal olundu. Bu yeni Walkman seriyasının ilk telefonu idi. Bundan sonra telefonlar iki seriyaya: K – şəkil (Cyber-shot) və W – musiqi (Walkman).Hər iki seriyanın özünə məxsus dizaynı və izləyici kütləsi var idi. Qiymətlər isə "cib deşirdi”: 700$ və daha yuxarı.
     
    Nokia 8800

    Telefon bazarının ən cazibədar və ən tanınan telefonu. 88xx seriyasına yaraşan tək söz – Premium klass.
    Paslanmaz metaldan nazik korpus, ideal slider mexanizmi, müxtəlif modellərdə istifadə olunan bahalı materiallar sahibinin statusunu göstərirdi. 88xx seriyasının özəlliklərindən biri onun bütün musiqi fayllarının bəstəkar Ryuichi Sakamota tərəfindən bəstələnməsi idi.
    İstənilən modeli 1000$-dan baha və təqribi yeni iPhone 6s qiymətinə olbu seriyanın hələ də həvəskarları var.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər