Botlar virtual aləmi ələ keçirdilər

Botlar virtual aləmi ələ keçirdilər

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Gəldilər, aramızdadırlar və virtual aləmi ələ keçirdilər. Botlar! Söhbət edir, araşdırır, məlumatlandırır , havanın vəziyyətini bildirir və xəbər paylaşırlar.

Şirkətlər üçün artıq bəzi işçiləri əvəz edəcək botlar hazırlanır və heç bir fərq hiss edilmir. Onlar internetin "nəfəs almayan işçiləridirlər".İlk olaraq mesajlaşma proqramlarında görülməyə başlayan botlar artıq bir müddətdir ki, smart telefonlardakı proqramlara keçid ediblər.Telegram, Slack, Microsoft, Kik Facebook (Messenger) bot platformunu istifadəyə açan məşhur "simalardan" sadəcə bir neçəsidirlər. Bu böyük firmaların "Bot"ların istifadəsinə başlamış olması botların gələcəyinin olduqca açıq olduğunu sübut edir. Botlar internetin inkişafında bir sonrakı halqa olaraq görülür və yaxın zamanda dolayı yollarla hərkəsin botlardan istifadə edəcəyi proqnozlaşdırılır.

Bu da bir sual ortaya çıxarır :Haqqında danışdığımız Bot-lar nədir?



Mövzuya heç aşina olmayanlar üçün deyək ki, bot internetdə verilən bir tapşırığı yerinə yetirən proqramdır.Adətən təkrar edən tapşırıqlarda istifadə edilən bot-lar  bir web saytdan məlumatları çəkməkdən,təhlükəli DDoS hücümlarına və saxta traffik yaratmaqdan,spam emaillər göndərməyə qədər çox fərqli funksiyalar yerinə yetirən proqramlardırlar.

Haqqında danışacağımız "Chat bot"ları isə istifadə etdiyimiz mesajlaşma/chat proqramlarında "yaşayan" və bizlər ilə söhbət edə bilən bot`lardır. Ancaq istifadə çevrələri sadəcə mesaj yazmaqla sərhədlənmir.Chat Botlarını şirkətlər üçün yararlı edən ən əsas xüsusiyyət onların "analiz edə bilmə" qabiliyyətləridir.

Misal olaraq sizinlə "söhbət edən" bot sizə necə kömək edə biləcəyini soruşduqda və siz "Müştəri xidmətləri" ilə görüşmək istədiyinizi yazdıqda müştəri xidmətlərinə aid əlaqə nömrələrini saniyələr içində sizə göndərə bilmək qabiliyyətinə malikdir. Yenə də bütün chat bot-ları bu nümünə ilə sərhədləndirə bilmərik çünki hələ yolun başında olan chat bot-larının qısa vaxt ərzində milyonlarla növünün hazırlanması gözlənilir.

Chat bot-lar nə üçün istifadə edilir?


Artıq işləyən bir neçə bot nümunəsini sizlərin diqqətinizə çatdırmaq istəyirik.


Washington Post


"WaPo Bot" olaraq adlandırılan chat bot-uyla xəbərləri bölüşməyə hazırlanan Washington Post xəbərləri araşdıra biləcək , istifadəçilərlə danışıb, onlarla söhbət edəcək bir chat bot hazırlayıblar. Wapo Bot-un "Donald Trump ilə bağlı son yenilik nədir?" tipli suallara cavab verə bilir. Washington Post-un Facebook sosial şəbəkəsindəki səhifəsinə yazdıq və ondan artıq çoxunuza tanış olan

Pokemon Go barədə xəbərləri soruşduq.

 

      


Sephora


Kik mesajlaşma proqramının ilk chat bot-larından olan Sephora, istifadəçilərinə makyaj önərilərini video və şəkillərlə çatdırır. İstifadəçilərini tanımaq və daha uyğun təxmin yürütmək üçün onlar ilə kiçik sual-cavab dialoqları qurur.




Hava Proqnozu


Kik içində Hava Kanalı (Weather Channel) chat  botu o anki hava proqnozu və daha sonrakı 3-7 günün təxminlərini istifadəçilərinə çatdıra bilir. Və əgər istifadəçi istərsə sistemə bir dəfə qoşulmaqla gündəlik hava proqnozu xəbərdarlığı əldə edə bilir.



Bot-lar haqqında bu hələ son paylaşımımız deyil. Dediyimiz kimi , bot-lar hərgün , hər an, hər dəqiqə yenilənir və daha professional botlar hazırlanır. Bot-lar haqqında növbəti paylaşımımızda Azərbaycan şirkətlərinin istifadə etdiyi chat bot strategiyaları barədə danışmaq ümidi ilə.


 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-dan Rio 2016 olimpiya oyunlarına özəl funksiyalar

Facebook \"Rio 2016 Olimpiya Oyunları\" üçün ilham verici 3 yeni funksiyasını istifadəçil..


Facebook-dan istifadəçilərini sevindirəcək yenilik

Facebook sizin ad günlərinizi daha unudulmaz edəcək Artıq Facebook ad günü təbrik..


Dostlarınızı trollamaq üçün fake Whatsapp

 Whatsapp-ın saxta versiyası olan WhatsFake çox tez bir zamanda sürətlə yayılmağa başladı..

×