main-post-cover

    "Birdən birə Siemens telefonları niyə yoxa çıxdı?"

    07.05.2017
    Farid Pardashunas
    Bu məqalədə biraz keçmişə nəzər salacağıq və bir vaxtlar hər kəsi öz telefonları ilə heyrətə gətirən Siemens Mobile-ın tarixi, ən yaxşı məhsulları və müflisləşməsi haqqında danışacağıq.Bundan əlavə hər kəsi düşündürən bir sualada cavab tapmağa çalışacağıq: "Birdən birə Siemens telefonları niyə yoxa çıxdı?"
    Siemens mobile dedikdə ilk olaraq alman şirkətinin ən uğurlu telefon markalarının hansı olduğunu yada salırıq. Ağıla iki seriya 45 və 55-ci seriyalı telefonlar gəlir. Məhz bu telefonlar istifadəçilər arasında çox məhşur idi. Bu seriyaya mənsub telefonlar müxtəlif dövrünə uyğun funksiyaya, fərqli dizayna malik idi. Lakin 65-ci seriya alman şirkətinin demək olarki sonunu gətirdi. Yeni telefonların program təminatında stabillikdən əsər əlamət yox idi. Bununla yanaşı yeni-yeni məhşurlaşan mp3 faylları dəstəkləmirdi. Məsəlçün S65 modelində yaddaş kartı üçün yer tapılsada, musiqi pleyeri üçün niyəsə yer tapılmamışdı. Daha bir nümünə C55 modeli ilk dəfə Java-nı dəstəkləsədə onun davamçısı C65 sadəcə gülünc 0.1 MP kamera ilə satışa buraxıldı. Fərqi hiss etdinizmi? Əfsanəvi ME45, SL45, SX1 yaxud modellerin əvəzinə istifadəçilərə heç nə ilə yadda qalmayan "oyuncaq" telefonlar təqdim etməyə başladılar.
    Düşünürəmki bütün bu səbəblərin 65-ci seriyanın və ondan sonra işıq üzü görən 75-ci seriyanın satış sayına təsir etməsini qeyd etməyə lüzüm yoxdur. 
    Bundan əlavə Siemens mobile-ın 3G şəbəkəsi ilə işləyən telefonlar istehsal etməsində problemlər yaşandı. Onların bu şəbəkə ilə işləyən yeganə telefonu SXG75 olduki, onuda normal hala salmaq üçün neçə neçə forum gəzib müxtəlif programlar yazmaq lazım idi.
    Ümumən telefon şirkətinin müflisləşməsinin başlıca səbəbi bacarıqsız programistlər bəzən isə axmaq menecerlər oldu. Günü gündən şirkət dəyərini itirməkdə idi və nəticədə tayvan şirkəti BenQ ilə müqavilə bağladı. BenQ ortaq şirkəti bir müddət ayaq saxlamağı bacarsada günü gündən güclənən rəqib şirkətlərlə mübarizə apara bilmədi. Və nəticədə 2007-ci ildə BenQ-Siemens tam olaraq Simens adından imtina edərək telefon istehsalına son qoydu.

    www.ann.az
    Linki kopyala