main-post-cover

    Bir Developer (“Proqramçı”) ilə evlənmək üçün 7 səbəb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir developerin sevgi münasibətləri çoxda ürək açan deyil. Olursa olur, olmursa kodunu yazmağa davam edir. Çox üstündə durmur belə şeylərin. Onun tək dərdi Deadline-dır. Qarşı cins baxımından düşünsək, bir developer ilə niyə evlənilər? Gəlin bunu maddələr halında paylaşaq.

    1- Koduna Sadiqdir.


    Nə əlaqə? – dediyinizi eşidər kimi oldum. Belə izah edim; koduna gözü kimi baxan, onu .dll halına gətirib başqa developerlərdən qoruyan, hər mühitdə öz kodunu müdafiə edən bir developerin, həyat yoldaşına fərqli davranacağını düşünmürsünüz hər halda , düzdür? 

    2- İçkisi, Qumarı Yoxdur; Qəhvəsi Vardır.


    Bəli, yoxdur. Sadəcə qəhvəsi vardır. Acı Qəhvə! Maliyyətini hesablasanız, içkinin yanından heçdir. Qumar ilə də arası yoxdur bir developerin; hə bəlkə pul qazanmaq üçün qumar saytı hazırlayar, o qədər. 

    3- Mükəmməl bir Ata Olar!


    Developer ata məntiqlidir, uşağın alqoritmini başa düşər və ona görə davranar.

    4- Onu Xoşbəxt Etmək Asandır.


    Ad günlərində, Sevgililər Günündə, Evlilik il dönümlərində nə hədiyyə alacam deyə düşünməyinizə ehtiyac yoxdur. Bir kofe aparatı, usb yaddaş qurğusu, boş dvd, yeni bir klaviatur, ikinci bir monitor çox xoşbəxt edər bir developeri.

    5- Sizinlə sadəcə "vaxt keçirməz”!

     
    Siz hansı developerin "dayan bu kodu yazım, gələn həftə bu kodu başqa bir kod ilə dəyişdirərəm, o biri həftə bunların yerinə başqa bir kod taparam!” dediyini eşitdiniz. Düzgün kod bloku onun üçün təkdir. Ölənə qədər o layihədə o kod parçası yer alar. Bəli, qadınlara da bu şəkildə münasibət göstərir.

    6- Təmiz, diqqətli və səliqəlidir!


    "Object Oriented” yazan bir Developer, koduna göstərdiyi diqqəti evinə də göstətər. Layihəsində lazımsız kod yığını olmadığı kimi, evində də lazımsız əşya olmaz. Necə deyərlər "We Love Clean Code Developer!” 

    7- Zənbil dolusu pul!


    Sizə, bir Developerin qazandığı puldan heç bəhs etdim mi? Bu cür, zənbil-zənbil, yaşıl-yaşıl! Həmdə hər ay! 
    Hər nə qədər Azərbaycan reallığında bir çox işverənlər maddi olaraq Developerləri məmnun etməsələr də frilans olaraq işləyən və bəzi böyük agentliklərdə işləyən Developerlərin qazancları kifayət qədər yüksəkdir.  
     

    P.S: Qızlar, bir developer ilə evlisinizsə seçilmiş insansınız.


    Mənbə:Developer Kafası
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər