main-post-cover

    Bionik beyin nədir? niyə ehtiyacımız var?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Bionik beyin üzərində son illərdə bildiyimiz kimi bir sıra uğurlar əldə olunub. Bu uğurları anlamaq üçün ilk öncə bionik beyin nədir? , niyə ehtiyacımız var? Suallarına cavab verək:

    Bionik beyin nədir? Təsəvvür edin beynimizin bir hissəsi zədələnir və tibb onu tamamilə bərpa etməkdə acizdir. Bu zaman texnologiya öz ağırlığını qoyur. Təsəvvür edin zədələnmiş hissəni kompyuter çipləri ilə əvəz edilir və beyin əvvəlki fəaliyyətini davam etdirir. Bu sadəcə bionik beyinin bir parçasıdır. Bu gün bionik beyin deyiləndə bizim beynimiz ilə birləşdirilməsi yox tamamilə müstəqil formada mövcud olmasıdır. Bu beyinin çiplər vasitəsilə proqramlaşdırılması nəzərdə tutulur.
    Avstraliyada RMİT universitetinin tədqiqatçıları yaxın günlərdə həm bionik beyin, həm də bionik yaddaş üzərində müvəffəqiyyətli olduqlarını bildirdilər. Mühüm xüsusiyyəti odur ki, bionik beyin bizim beyin kimi informasiyanı yadda saxlaya bilər. Yuxarıda qeyd etdiyimiz kimi bionik beyin üçün çiplər lazımdır. Bu çiplər üçünsə xüsusi yaddaş hüceyrələri (memory cells) lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər