Reklam
Bilmədiyiniz 5 ən yaxşı YouTube hiyləsi

Bilmədiyiniz 5 ən yaxşı YouTube hiyləsi

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bugün böyük ehtimalla bilmədiyiniz 5 faydalı məlumatla qarşınızdayıq. Böyük əksəriyyətimizin demək olar ki hər gün istifadə etdiyimiz YouTube haqqında hazırladığımız bu məqalədə, işinizə çox yaraya biləcək məlumatlar var.

 


1. Yaş məhdudiyyətini deaktiv edin.

 

YouTube-dakı bəzi videolar tərkibindəki məlumatlardan asılı olaraq yaş məhdudiyyəti ilə qarşımıza çıxa bilir. Əgər daimi istifadə etdiyiniz və yaş məhdudiyyətinə "ilişməyəcək" hesabınız varsa bu problemlə qarşılaşmayacaqsınız. Lakin vəziyyət bunun əksidirsə məqsədinizə çatmaq biraz çətin ola bilər. Əgər hansısa videoda yaş məhdudiyyəti ilə qarşılaşmısınızsa o videonu izləmək üçün çox da dirənməməyiniz məsləhətdir. Lakin, həmin videonu izləmək çox vacibdirsə aşağıda göstərəcəyimiz üsuldan istifadə edə bilərsiniz.

 

Youtube.com/watch?v=wvZ6Nb3CI1w

 

Linkdəki "watch?" yazılan hissəsini silin və "=" simvolunu "/" simvolu ilə əvəzləyin.

 

Youtube.com/v/wvZ6Nb3CI1w Link belə görünürsə deməli hər şeyi düz etmisiniz. Bu hiylə ilə video bütöv ekran rejimində açılacaq və videonu izləmək üçün hər hansısa hesaba daxil olmanız tələb edilməyəcək. Bu hiylə eyni zamanda hər hansısa regionda yayımlanması qadağan edilmiş videoları açmağa da imkan verir.

 

2. Videonu sonsuz olaraq təkrar etdirin.

 

Çoxlarımız YouTube-dan sadəcə musiqi dinləmək üçün istifadə edirik. Hətta bəzən gün ərzində bir musiqiyə dəfələrlə qulaq asdığımız da olub. Musiqi bitdikdə hər dəfə "yenidən başlat" düyməsini klikləmək isə bəzən bezdirici olur. Bu bezdirici işi təkrarlamamaq üçün isə sadəcə linkdəki youtube yazısının sonuna repeater əlavə etmək kifayət edər.

 

Məsələn: youtuberepeater.com/watch?v=oeb5LdAyLC8

 

3. Videonun hər hansısa hissəsinə keçid verin.

 

Çox vaxt bir YouTube videosundan link kopyalayarkən video başdan başlayır. Lakin URL-də zamanı qeyd edərək videonun bir hissəsini ötürmək mükündür. Bunu bir neçə üsulla edə bilərsiniz. Birinci üsul: URL-in sonuna "&t=YmXXs” əlavə etməklə məqsədinizə çata bilərsiniz. Buradakı Y əvəzinə dəqiqəni, XX əvəzinə isə saniyəni yazın. Dəqiqəni yazmayıb, sadəcə saniyələri göstərməklə də videonun müəyyən hissəsini ötürə bilərsiniz. İkinci üsul: Videonun başlanmasını istədiyiniz zamanda saxlayın və videonun üzərində mausun sağ düyməsini sıxıb "copy URL" seçin. Kopyaladığınız linkə sonradan daxil olanda video həmin saniyədən başlayacaq.

 

4. YouTube TV-ni idarə edin.

 

YouTube TV ağıllı televizorlar və konsollardakı tətbiqetmələr üçün hazırlanmış interfeysdi. Klassik YouTube-dan çox da fərqlənmir. Sadəcə uzaqdan idarə etmək məqsədilə istifadə edilən pultlar üçün bir neçə qısayol var. Fərqlilik axtaranlar üçün əvəzolunmazdır. Sadəcə Youtube.com/tv  linkinə daxil olaraq bunu sınaya bilərsiniz.

 

5. Videodan GIF hazırlayın.

 

YouTube-dakı hər hansısa videodan GIF hazırlamaq olduqca sadədir. Burada ən çətin iş maraqlı GIF hazırlamaq üçün buna layiq video tapmaqdır deyə bilərik. Videonun hər hansısa hissəsindən GIF düzəltmək üçün sadəcə linkin əvvəlinə "GIF" əlavə edin. MəsələnGifyoutube.com/watch?v=gy1B3agGNxw Bu üsul sizi Gifs.com saytına yönləndirəcək. Bu saytda siz, hazırlamaq istədiyiniz GIF-ə istədiyiniz effekti verə, onu kəsə, müxtəlif sosial şəbəkələrdə paylaşa və ya yükləyə bilərsiniz. Bu xidmətdən istifadə etmək üçün həmin videonun bir saatdan qısa olduğuna əmin olun.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagramı internetsiz də istifadə edə biləcəyiniz möhtəşəm funksiya elan edildi..

F8 konfransında çıxış edən Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan e..


Facebook, olduqca real kamera effektlərini təqdim etdi

Facebook, bu gün yeni platformasını F8 Konfransında təqdim etdi. Edilən açıqlamalarda Facebook, rea..


Yerli Youtube mədəniyyətini kökündən dəyişəcək kanal - ZehinX

Azərbaycanda mövzu youtube olduqda bir çoxlarımızın düşündüyü, türk serialları,..


Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?

Salam. Əvvəla onu qeyd edim ki, bu məqalə mənim şəxsi subyektiv fikrimi nümayiş etdirir. Təbii ki ..


McDonalds işçilərini Snapchat-dən seçəcək!

Sosial şəbəkələrin həyatımıza tam mənasıyla daxil olması artıq tamamlandı deyilə bilər. Çünk..


6 Aprel 1980-ci il. 20-ci əsrin ən vacib ixtiralarından biri. Söhbət kompüterdən..

6 Aprel 1980-ci il tarixində \"3M” şirkəti, ABŞ-da Post-It Notes kağızlarını satışa çıxard..

×