main-post-cover

    Beyin Skanı ilə artıq şifrə dərdindən canınız qurtulacaq!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Günümüzdə şifrələrin yerini barmaq izi kimi biometrik ünsürlər almağa başlayıb. Artıq istifadəçilər davamlı olaraq təhlükəsizlik zəifliyi göstərən və gün keçdikcə xatırlanması çətin olan şifrələr istifadə etmək istəmir. Bununla da beyinin bu işdə rolu arta bilər.
    Binghamton Universiteti tədqiqatçıları tərəfindən hazırlanan yeni bir sistem, internet saytı kimi şəbəkələrə daxil olmaq istəyən insanlardan şifrə əvəzinə beyinlərini skan edir və beləcə istifadəçilərin hesablarının qırılmasının qarşısını alır. Beyin skanını beyin dalğalarının aktivliyinin elektrikli üsullarla ölçülməsinə imkan verən başlıqlarla edən elm adamları 100% doğruluq ilə işləyən sistemin gələcəyinin çox parlaq olduğunu söyləyir. Bir başlıq fərqli insanlar üçün də istifadə oluna bilər. Hələlik üzərində iş gedən sistemin yaxın gələcəkdə təqdim olunması gözlənilmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər