main-post-cover

    Bakıda developerlərin yarışı - Barama HackDay 2016-a qeydiyyat başlandı.

    Elm & Texnologiya
    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas


    Developerlərin sözün əsl mənasında gecə-gündüz kod yazdığı yarışma - Hackathon Bakıda təşkil olunur.

    Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən bu yarışda developerləri 36 saat yuxusuz, bol yeyib-içməkli və ən əsası kodlu saatlar gözləyir. Sonda 1 qalib komandanın seçiləcəyi yarışda iştirakçıların məqsədi 36 saat ərzində 0-dan resurs hazırlamaqdır.

    10-11 Mart tarixlərində "Pyhton və web proqramlaşdırmanın əsasları” adlı təlimlə elan olunacaq yarışa, 12 Mart 09:00-da start veriləcək. 36 saat davam edən yarışma 13 mart 21:00-dax yekunlaşacaq. hackday2016.barama.az saytından qeydiyyat formunu doldurmaqla və sizə verilən sualları cavablandırmaqla Barama HackDay’a qoşula bilərsiniz.
    Azercell’in baş sponsorluğu, PaşaBank və Huawei Mobile Azərbaycanın sponsorluğu ilə təşkil olunan yarışda 1-ci yerə laiq görülmüş komanda üzvləri Huawei şirkəti tərəfindən 3 ədəd Mate S ağıllı telefonu ilə mükafatlandırılacaq.
    Yarış zamanı iştirakçıların qidaya olan təlabatı Pizza-Mizza restoranı tərəfindən ödənilir.
    Tədbirin rəsmi informasiya dəstəyi http://technote.az informasiya portalıdır.
    Hackathon nədir?
    Hackathon müəyyən bir mövzu ilə bağlı developerlərin bir araya gəlib məhdud zaman ərzində komandalar şəklində rəqəmsal resurslar hazırladığı bütün dünyada məşhur olan yarışdır.
    Developerlər üçün party sayılan bu tədbirin əsas məqsədi, yeni hacker yaxud developelərin tanış olmalarına, bu mədəniyyətin dərindən öyrənilməsinə və insanlara faydalı olacaq məhsulların istehsalına şərait yaratmaqdır.
    Komanda
    Yalnız 3 nəfərdən ibarət komanda şəklində HackDay'də iştirak edə bilərsiniz.
    Vaxt
    Komandaların hazır məhsulu ortaya çıxarmaları üçün cəmi 36 saat vaxtları olacaq. 12 Mart 09:00-da start götürəcək yarış 13 Mart 21:00-da başa çatacaq.
    Nə etməli? 
     
    Verilən 36 saat ərzində məhsul 0-dan hazırlanıb, başa çatdırlımalı və resursun münsiflərə çatdırılması üçün təqdimat hazırlanmalıdır.
     Təqdimat və Münsiflər 
     
    Hackathon başa çatdıqdan sonra komandalar 5 dəqiqədən çox olmayaraq məhsullarının təqdimatını həyata keçirəcək və canlı səsverməyə təqdim edəcəklər.
    Qiymətləndirmə 
     
    Münsiflər heyyəti, yaradılan resursu innovativliyi, yazılma keyfiyyəti, dizaynı, təqdimatı, funksionallığı və faydalılıq meyarlarına əsasən qiymətləndirəcəklər.
    Müəllif hüquqları. 
     
    Yaradılacaq resursun müəllif hüquqları təmamilə resursu yaradan komanda yaxud şəxsə məxsus olacaq.
    Ön hazırlıq 
     
    Yaradılan resurs mütləq 36 saat ərzində 0-dan hazırlanmalıdır. Yarışın başlamasına 15 dəqiqə qalmış mövzu iştirakçılara təqdim olunacaq. Daha öncə hazırlanmış yaxud müəyyən bir mərhələyə qədər hazır gətirilmiş resurs HackatDay’a qatılmayacaq. Yarış gedişində qeyd olunan nüans aşkarlanarsa həmin komanda yarışdan kənarlaşdırılacaq. Lakin Hackathon’dan əvvəl məlumat əldə etmək, araşdırma aparmaq və "Pyhton və web proqramlaşdırmanın əsasları” seminarında iştirak etmək mümkündür. Hackathon zamanı istənilən proqramlaşdırma dilindən istifadə etməyə icazə verilir.
    Proqramlaşdırma dili 
     
    Hazırlanan web resursda istənilən proqramlaşdırma dilindən və texnologiyadan istifadə etmək mümkündür.
       Dİqqət!  
     
    Web resursda istifadə olunan dizayn, video, qrafika yaxud hər hansı şəkil və s. materiallar müəllif hüquqlarını pozmamalıdır.
    Qida təlabatı ödənilirmi?
    36 saat ərzində PizzaMizza restoranın təklif etdiyi dadlı pizza, qəlyanaltılar, çay və energetik içkilər ixtiyarınızda olacaq.
    Komputer 
     
     
    Hackday zamanı öz komputerinizlə yarışda iştirak etməlisiniz.
    Hədiyyələr. 
    1-ci yer: Qalib komanda üzvləri Huawei şirkətinin yerli nümayəndəliyi Huawei Azərbaycan tərəfindən Mate S ağılı telefonu ilə mükafatlandırılacaqlar. Həmçinin 1-ci yeri tutmuş komanda üzvlərinə sertifikat təqdim olunacaq. 2-ci və 3-cü yer tutmuş komanda üzvlərinə sertifikat təqdim olunacaq.
    Tədbirin baş tutacağı yer və tarix. 
    Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi
    Demirchi Tower, 18-ci Mərtəbə
    10-13 Mart, 2016
     
     
     
     
     


     
     


    Linki kopyala