main-post-cover

    Baku Business Factory-də “Web-də Wordpress Effekti” mövzusunda seminar təşkil edilib

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "Baku Business Factory” (BBF) gənclərin biznes biliklərinin artırılması ilə bağlı fəaliyyətlərinə davam edir. Bu məqsədlə avqustun 20-də təşkilatın ofisində startaplar və bizneslə məşğul olmaq istəyən şəxslər üçün "Web-də Wordpress Effekti” mövzusunda seminar təşkil edilib.

    "Report”un xəbərinə görə, seminarın əsas mövzusu wordpress-in yaratdığı biznes imkanları və həmin imkanlardan yararlanma yolları haqqında olub.
    Seminarı VTstudio-nun təsisçisi və direktoru Toğrul Vəlibəyli keçirib.
    Seminarda "Baku Business Factory”də qeydiyyatda olan startaplarla yanaşı, mövzuya marağı olan digər şəxslər də iştirak etdib.
    Xatırladaq ki, "Baku Business Factory” azərbaycanlı iş adamı, "Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər