Azərbaycanda “Whatsapp”ın zəng xidməti nəyə görə məhdudlaşdırılıb? ŞOK MƏLUMAT!

08.05.2017 0 PAYLAŞIM 14982 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Hal-hazırda ölkəmizdə ən çox istifadə olunan tətbiqetmələrdən sayılan Whatsapp-ın zəng xidmətindən istifadə demək olar ki, mümkünsüz hal alıb. Azərbaycanın üç böyük mobil operatoru (azercell, bakcell və nar mobile) isə bu tip tətbiqetmələri yalnızca data ilə təmin etdiklərini və yaranan nasazlıqla heç bir əlaqələrinin olmadığını bildirirlər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə bu hadisə ilə bağlı verdiyi açıqlamada heç bir yerli rabitə xidmətində problem olmadığını və yaşanan problemin birbaşa "Whatsapp”la əlaqəli olduğunu ötən aylarda bildirmişdi. Əlavə olaraq isə bir sübut kimi kazhdysboy.ru saytında göstərilən məlumatları paylaşmışdı. Gördüyünüz kimi bütün açıqlamalar Whatsapp-ı günahlandırır bəs əgər verilən açıqlamalar doğrudursa və bu sayt Nazirliyin istinad edəcəyi qədər etibarlı mənbədirsə nəyə görə hal hazırda həmin mənbə Azərbaycanda Whatsapp-ın problemsiz çalışdığını göstəridiyi halda ölkəmizdə insanlar yenədə Whatsapp-ın zəng xidmətindən yararlana bilmirlər?


"Whatsap "la əlaqə saxlayıb problemi onlara izah etdik və aldığımız cavab belə oldu: "Əgər Whatsapp Call xidmətindən 3G data göndərmə yolu ilə istifadə zamanı qoşulma problemi yaşayırsınızsa ola bilsin ki, mobil operatorunuz UDP-ni Whatsapp üçün düzgün konfigurasiya etməyib” Əsas məsələyə keçməzdən öncə qısaca UDP-nin nə olduğunu izah edək. UDP (user datagram protocol) Line, Skype və Viber kimi tətbiqetmələrin də istifadə etdiyi bağlantı növüdür hansı ki, məlumatların digərlərinə nisbətən daha sürətli göndərilməsini təmin edir. Hamıya aydındır ki, Whatsapp kimi çox böyük kütlələrə yayılan tətbiqetmə operatorların əsas gəlir mənbəyi olan danışıqların azalmasına səbəb olur. Eyni zamanda "Whatsapp call” xidməti beynəlxalq danışıqları da demək olar ki, pulsuz həyata keçirir və bu hal xaricdə yaşayan qohum və tanışları olanlar üçün çox əlverişli imkan yaradırdı əks təqdirdə onlar mobil operatorlara böyük məbləğdə ödəniş etməklə bunu rallaşdırırdılar. Lakin sizin də başa düşdüyünüz kimi Whatsapp-ın zəng funksiyası beynəlxalq danışıqların operatorlar üzərindən həyata keçirilməsini kəskin şəkildə azaldır. Əgər Azərbaycanda internet azaddırsa və bu tip məhdudiyyətlər RYTN-nin prioriteti ola bilməzsə nəyə görə hal hazırda insanlar "heç bir texniki nasazlıq olmamasına baxmayaraq” Whatsapp-ın zəng xidmətindən istifadə edə bilmirlər?

 
Məlumatdan istifadə zamanı mənbə qeyd etmək mütləqdir.