main-post-cover

    Artıq pulsuz olan WhatsApp necə pul qazanacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Dünən WhatsApp tərəfindən verilən rəsmi açıqlamada WhatsApp-ın təmamilə pulsuz olduğu elan olundu. Belə bir vəziyyətdə heç bir şəkildə reklam qəbul etməyən və illik abunəlik qazancından da imtina edən WhatsApp necə pul qazanacaq? Yəqin ki, WhatsApp mütəxəssisləri xeyriyyəçi deyillər və bütün bu atılan addımlarda öz maraqların nəzərə alırlır. İllik abunəlik haqqı ilə indiyə qədər 15 milyon dollar qazanan WhatsApp dünən bu qzancındanda imtina etdi. Əvvəlki məqaləmizdə sizə WhatsApp-ın hansı yoldan pul qazandığı haqqında məlumat vermişdik. İndi isə WhatsApp-ın bundan sonra necə pul qazanacağı ilə bağlı yeni iddialar səslənməkdədir. WhatsApp bəzi şirkətlərlə ortaqlıq edib bu ortqalıqdan böyük miqdarda pul qazana bilər. Məsələn, hər hansı bir otel ilə bağlanan bir müqavilə ilə siz WhatsApp-dan istifadə etməklə oteldən "nömrə" bron edə bilərsiniz. Bu həm sizə rahat olacaq həm də WhatsApp bundan müəyyən komission qazanacaq. Təbii ki, qeyd olunan xidmət hələ ki, rəsmi olaraq təsdiqini tapmayıb.
    Linki kopyala