main-post-cover

    Artificial Narrow Intelligence (ANI) - Süni Zəka haqqında bilmədiklərimiz. (2-ci hissə)

    07.05.2017
    Farid Pardashunas
    Qısa bir zamandan sonra yenidən sizinləyəm. Əvvəlki yazımda Aİ və ANİ haqqında qısa məlumat vermişdim. İndi yazacağım isə ANİ-nin davamı, yəni Part2-dir. Part 1-i buradan oxuya bilərsiniz: http://goo.gl/CZ6owr
    İlk olaraq kiçik bir misal gətirim. Əgər əlimizdə keçmişdəki birini gələcəyə gətirmək qüvvəsi olsaydı, təsəvvür edin 1750-ci illərdə müharibələrdə iştirak edən qardaşın birini 2015-ci ilə gətiririk və sosial kütlənin arasına buraxıb izləyirik. Onunla birlikdə addımlayaraq etdiyi hərəkətləri və reaksiyaları görə bilərik, amma nə hiss etdiyini dəqiq deyə bilmərik. Fikrimcə nə şok olardı, nə təəccüblənərdi,nə də brainstorm yaşayardı, çox güman ki qardaş ölərdi. Burada maraqlı fakt ilə qarşılaşırıq.Əgər əlimizdəki qüvvəni istifadə edib daha da geriye getsək, məsələn 1500ci illərdə yaşayan başqa bir qardaşı 1750-ci ilə gətirib ətrafda baş verənləri göstərək. Qardaş bu zaman şok olacaq,amma ölməyəcək, cünki 1500-1750 il arası baş verən dəyişikliklər, 1750-2015 illərindəki dəyişiklikdən çox geri qalır. Çatmaq istədiyim nöqtə odur ki, yaxın gələcəyə proqnoz verərkən heç vaxt əvvəlki vaxta baxıb verməyin. 2 faktoru qiymətləndirin: 1. Yaxın keçmiş ilə indiki zamanın arasındakı məsafəni yox, inkişaf sürətini və səbəblərini və 2. Hal-hazırda yaşadığınız inkişafı və dəyişimi analiz edin. Uğurlu proqnozun əsasını bu 2 yol qoyur.
    Indi isə əsas məsələyə gələk, ANİ-dən AGİ-ə gedən yola nəzər salaq.
    Bildiyimiz kimi insan beyni bizim tanıdığımız kainatda ən mürəkkəb quruluşlardan biri, bəlkə də ən mürəkkəbidir. İndi isə ən mürəkkəb substansiyanın yaratdığı ən mürəkkəb sistemi fikirləşin. ANİ-də dediyimiz kimi bizim beynimizdən fərqi sürətli işləməsidir. Sürətli işləmə yeni mərhələyə - düşünməyi gətirib çıxardır(determinizm həmişəki kimi yenə özünü göstərir). Məsələn, Bu günki computer’lərdə asanlıqla mürəkkəb ədədlər üzərində hesablama apara bilərik, heç bir ləngimə olmayacaq və dəqiq cavab veriləcək. İndi isə məsələnin qaranlıq nöqtəsindən baxaq. Əslində biz özümüz də hesablaya bilərik belə dəqiqliklə, tək fərqimiz zaman olacaq. Nə qədər təkmilləşsək də, istədiyimiz mütləq zamana çata bilməyəcəyik. ( Çox insanlar iddia edir bizim sərhəd və limitlərimiz var, amma mən bunu qəbul etmirəm). Əslində computer özü də bizim yaratdığımız proqram ilə işləyir, verilən əmrləri yerinə yetirir amma "fikirləşə” bilmir. Deməli düyün nöqtə fikirləşməkdi. Məhz AGİ-in əsas xüsusiyyətlərindən biri budur(AGİ mövzusuna çalışıram cox girməyim,növbəti yazıda olacaq). Bu gün ANİ kitabda şəkillərə baxıb tanıya bilər, ya da google’a şəkil yükləməklə bənzərini tapa bilərik. Belə bir sual verim? Əgər tanıyırsa,mənasını da başa düşürmü? Hal-hazırda Google bunu etmək üçün milyardlar xərcləyir. Gəlin biraz da dərin fikirləşək, bizə vaxt itkisi cəhətdən çətin görünən işlər – mürəkkəb hesablamalar, dil tərcüməsi computer üçün çox asandı, amma asan işlərlə məşğul olarkən bəzi hərəkətlər - əvvəlcədən görmə,hərəkət etmə,qavrayış,dərk etmə,fikirləşmə computer üçün çox çətindir ( indilik çətindi). AI fikirləşməyi tələb edən bütün vacib işləri uğurla yerinə yetirir, lakin insanların(həmçinin heyvanların) düşünmədən etdiyi hərəkətlərdə uğurlu olmur(fail) (bu cümləni comment’də necə başa düşdüyünüzü yazsanız, qısa şəkildə maraqlı müzakirə aparmaq olar ).
    Bu məsələyə özümüzün tərəfindən yanaşaq. Yuxarıda saydıqlarımız,hansı ki computer üçün çətindir, bizim üçün cox asandı(etmək). Onlar bizə çox asan görünür, bu skill’ləri biz inkişaf nəticəsində,(mən şəxsən birbaşa bu inkişafı təkamül adlandırıram),milyon illər nəticəsində optimizasiya etmişik. Biz düşünə,hərəkət edə və yaxın məsafədə olan istədiyimiz obyektə çata və təsir göstərə bilərik, çünki bizdə mükəmməl software var - beyin və bütün bunları idarə edir. Eynilə bu fikirlər Aİ üçün də keçərlidi. Bu dediklərimizm məhz ANİ və AGİ arasında körpüdür,yoldur,birinin digərinə çevrilmə mərhələsidir.
    Yuxarıda saydığımız arqument və nəticələr hələki çox da sürətlə baş verməyən informasiya vahidləridir. AGİ ( human-level intelligent də demək olar) səviyyəsində computerlər substansiyaları başa düşməklə yanaşı, onları həmçinin fərqləndirəcəklər. Məsələn hamımızın ən böyük hobbilərindən biri olan film izləməyi misal çəksək, AGİ səviyyəsində computer bizə Qərb filmlərinin niyə mükəmməl,amma türk filmlərinin bərbad olmasını izah edərdi.( fans, məsələni ciddiyə almayın,zövqlər müxtəlifdi deyib keçək).

    Və beləliklə Part2 ilə ANİ haqqında yazılmış qısa araşdırma sona çatır. Bu məqalədə qismən AGİ məsələlərinə də toxundum, çünki əks halda sərhədsiz olaraq ANİ-ni bitirə bilməzdim. Növbəti mərhələdə AGİ-nin yaradılması üçün lazım olan mərhələ,səbəb və key point’ləri göstərəcəm. Və növbəti yazı çox güman ki, biraz uzun olacaq.
    Note: 1. Məqalə haqqında fikirlərinizi və 2. Yuxarıda işarələnmiş cümlə haqqında fikirlərinizi yazmağı lütfən unutmayın.
    Abdullayev Javid
     
    Linki kopyala