main-post-cover

    "Apple"ın 1 milyard dollarlıq layihəsi təsdiqlənib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Avropa nizamlayıcı orqanları Avropa Birliyi ərazisində yeni data mərkəzinin inşası üçün "Apple”-a icazə verib. Yeni data mərkəzin İrlandiya-da istifadəyə verilməsi planlaşdırılır. Tikili 202.343 hektar ərazini əhatə edəcək və 960 milyon dollara başa gələcək.

     Avropa-da yeni data mərkəzlərinin yaradılmasında əsas məqsəd Avropa istifadəçilərinə şirkətin internet servislərinin təqdim olunmasıdır. Bura App Store, iMessage, iTunes, Siri və s. daxildir. Technote.az-ın "Macdigger.ru” saytına istinadən verdiyi xəbərə əsasən bu "Apple”ın Avropa ərazisində indiyənə kimi reallaşdıracağı ən böyük layihə olacaq. Data mərkəz yalnız bərpa olunan enerji mənbələri hesabına çalışacaq. "Apple” bildirib ki, yeni data mərkəzlərin inşası ətraf mühitin qorunmasına yönəlmiş əlavə tədbirlərlə müşayiət olunacaq. Əsasən data mərkəzin yerləşəcəyi ərazidə ağacların əkilməsi, yerli məktəb şagirdləri üçün açıq havada məşqul olmağa şərait yaradacaq xüsusi ərazilərin, piyadalar üçün keçid yollarının reallaşdırılması əsas məqsədlərdən biridir. Bundan əlavə olaraq data mərkəzdən hasil olunacaq istiliyin yaxın ərazilərdə yerləşmiş evlər üçün isitmə sistemi kimi istifadə olunması planlaşdırılır.
    Şirkət bildirib ki, yeni data mərkəzin gücü "Apple”a növbəti 10-15 il ərzində kifayət edəcək. "Apple” onu da qeyd edib ki, Avropa-da fəaliyyət nəticəsində 672.000 iş yeri yaradılıb. 530.000 iş yeri isə iPhone və iPad cihazları üçün nəzərdə tutulmuş tətbiqlərin yaradılmasında iştirak edən istehsalçılara nəzərən yaradılıb. 2008-ci ildə App Store onlina servisinin işə salınmasından sonra iOS tətbiqlərinin avropalı istehsalçıları ümumilikdə 6 milyard dollar gəlir əldə ediblər. "Apple”-ın Avropa ərazisindəki şöbələrində isə 18.300-ə yaxın insan çalışır.

    Linki kopyala