"Apple"ın baş dizayneri şirkətin sirli dizayn studiyasını göstərib (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Designed by Apple in California” adlı yeni kitabın satışa çıxması ərəfəsində Jonathan Ive şirkətin sirli dizayn studiyasını göstərib.
"Apple”ın baş dizayneri Jonathan
Ive şirkətdəki işi haqqında danışmaqla kifayətlənməyərək iPhone və iMac cihazlarının yeni modellərinin hazırlandığı sirli dizayn studiyasını da insanlara
göstərib. "Apple” öz işində bir sıra xüsusiyyətlərinə görə digərlərindən fərqlənir.
Bu xüsusiyyətlərdən biri də dizayna olan yanaşmadır. "Apple”ın hər bir məhsulu
sənaye dizaynının etalonu hesab edilərək bütün rəqiblərdən fərqlənir və
bazarın trendini dəyişir. Şirkət, məhsullarının dizaynının 20 illik tarixini əhatə
edən "Designed by Apple in
California” adlı kitabını anons edib. Müsahibəsində Jonathan Ive bu
kitabı yaratmağın əsas səbəblərini izah edib. Onun sözlərinə görə kitab, ideyaların nə dərəcədə gözlənilməz olduğunu, foto kataloqu isə "Apple”
dizaynının təkamülünə baxmağa imkan verir. Jonathan Ive-ın dizaynerlər
komandası artıq 25 ildir ki, bir yerdə çalışır. "Bu illər ərzində mənim fikrimcə
yaxşı ideyaların yaranması ehtimalını yüksəldən komanda və əhatəni yarada
bildik. Həmin ideyalar yarananda isə onları görürlər. "Apple”ın dizayn
studiyası əsl emalatxanadır. Biz, üçölçülü əşyalar və bir çox prototiplər hazırlayırıq”
– deyə Jonathan Ive bildirib.
Linki kopyala
Həftənin xəbərləri
"Premium" dizayna malik uyğun qiymətli smartfon: HONOR X8b bizə nələri vəd edir?
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək