Apple Watch 2 gəlir! Daha sürətli prosessor, GPS və daha çoxu ilə
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Biz artıq iPhone-un yeni modeli haqqında sizlərə geniş məlumat çatdırmışıq. Apple-ın digər bir məhsulu olan Apple Watch-ın potensial yenilənməsi haqqında xəbərlər hardasa iki ildən artıqdır ki, gündəmdədir. Lakin çox güclü analisist olan Ming-chi Kuo-nun AppleInsider və MacRumors-da da təsdiqlənən məlumatı, bizə Apple-ın bu yenilənməsi haqqında ilk ipucularını verdi.
Apple-dan gələn məlumatlara görə Apple Watch-ın iki yeni modeli 2016-da təqdim olunacaq. İlk böyük yenilənmə olacaq olan və "Apple Watch 2" olaraq adlandırılacaq model, dizayn baxımından hazırki versiya ilə demək olar ki eyni olacaq. Lakin yeni daxili komponentlər, yeni GPS radar, daha incə ekran və TSMC şirkətinin məhsulu olan daha sürətli yeni 16nm prosessoru da əlavə edilib. Kuo-nun fikrincə bu funksiyalar daha uzunömürlü batareya tələb edir.
İkinci 2016 model Apple Watch daha kiçik yenilənmə ilə gələcək və o Apple Watch 2-də olan yeni funksiyaları almayacaq, sadəcə dizaynda bəzi komponentlərin yenilənməsi ilə fərqlənəcək. Qiymət aralığı isə hələ ki müəyyən deyil.
"Gələn il təqdim ediləcəyi güman edilən bənzər funksiyalara malik modeldə isə LTE dəstəyi də olacaq; əgər siz daha fərqli bir dizayn dəyişiklikliyi gözləyirsinizsə, ən az 2018-ə qədər gözləməlisiniz, çünki mən bunun 2018-dən əvvəl olacağına inanmıram"- deyə Kuo vurğulayıb.
Görünüşə görə Sentyabr-da baş tutacaq olan iPhone-un yeni versiyasının təqdimatı zamanı , yeni model Apple Watch-ların da təqdimatını görə biləcəyik.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!