main-post-cover

    Apple və Samsung arasında münasibətlər bitdi. Müqavilələr ləğv olunur.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    A9 və əvvəl ki, A seriya prosessorların istehsalında Samsung'la müqaviləsi olan Apple artıq yalnız TSMC ilə çalışacaq.

    Mobil bazarda iki ən böyük rəqib olan Apple və Samsung arasında münasibətlər hər zaman soyuq olub. Çox güclü rəqabət şəraitində mübarizə aparan bu iki şirkət daima biribiriləri ilə məhkəmədə görüşürdülər. Lakin Samsung istifadəçilərinin firmalarının tərəfini tutmaları üçün əllərində çox gözəl bir səbəbləri vardı. Axı Apple kimi iri firma öz çipsetlərini və ekranlarını Samsung vasitəsilə hazırladırdı. Görünən odur ki, Apple artıq bu asılılığı aradan qaldırmaq niyyətindədir.
     


    Bugünə qədər Samsung A9 çipsetlərinin 70%-ni hazırlayırdı. Geri qalan 30% isə TSMC'nin üzərinə düşürdü. Rəqəmlərə nəzər salsaq 100 milyon iPhone 6s və 6s Plus'un çipsetlərinin 70 milyonunu Samsung hazırlayırdı. Apple'ın yeni qərarına əsasən bütün prosessorların hazırlanması TSMC'nin üzərinə düşəcək.

    Apple'ın belə bir addım atmasının səbəbi TSMC tərəfindən hazırlanan çiplərin Samsung tərəfindən hazırlanan çiölərə nisbətdə daha az enerji sərf etməsidir. İnandırıcı görünsədə Apple'ın sırf bu səbəbə görə Samsung'dan imtina etməsi qəribə səslənir. Görünün odur ki, artıq Apple, Samsung asılılığından azad olmaq istəyir.
    Linki kopyala