main-post-cover

    Apple Music ilə tanışlıq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bu həftə Apple özünün yeni servisi Apple Music-i istifadəyə verdi. Biz bu xəbərdə sizə bir çox maraq doğuran suallara cavab verməyə çalışacıq.
    Abunə haqqı – İlk 3 ay Apple Music sizdən heç bir pul istəməyəcək. Daha sonra isə hər aya 5$ ödəməklə siz milyonlarla musiqini yüksək keyfiyyətdə bu servis vasitəsilə dinləyə bilərsiz.

    Pulsuz abunəliyə nə vaxt qoşulmaq olar? – İstədiyiniz vaxt siz servisə qoşula bilərsiz. Və qoşulduğunuz gündən etibarən növbəti 3 ay müddətində servisdən pulsuz yararlana bilərsiz
    Apple Music hansı platformaları dəstəkləyir?– iOS 8.4 (yaxın günlərdə iOS 9 betada da həmçinin), Windows və Mac (Yeni iTunes vasitəsilə), sentyabrdan isə Androiddə (Pulsuz abunəlik olmadan)

    iTunes-də olan bütün mahnılar Apple Music-də var? – Xeyr. Məsələn The Beatles qrupunun mahnılarının hüquqlarını özündə saxlayan Apple Corps kataloqu burada yoxdur. Onları ancaq almaq olar

    Mahnıların bitrate-i neçədir? – İnternetin sürətindən asılıdır. Maksimum 256 kilobit/saniyə olacaq

    Mahnılara internetə qoşulmadan qulaq asmaq olar? – Bəli. Əvvəlcə onu yükləmək lazımdır.
    Beats 1 radio stansiyası Azərbaycanda aktivdirmi? – Beats1 – London, New York və San Fransiskodan yayımlanan radio stansiyasıdır. Hələ ki Azərbaycan radionun aktiv olduğu ölkələr siyahısına daxil deyil. Lakin tezliklə bütün dünyanın bu radionu dinləməsi mümkün olacaq.

    Apple Music-də eksklyuzivlər olacaq? – Bəli. Artıq Farrel Williams və Dr. Drenin bir neçə özəl mahnısı var. Tezliklə daha çox olacaq.
     
    Avtomatik abunəlik haqqını necə ləğv etmək olar? – İlk öncə deyək ki, Apple Musicin aktiv olması üçün Apple ID-nizdə ən azı 5$ pul yaxud akkounta bağlanmış kredit kartı olmalıdır. İlk 3 ay hesabdan pul çıxmayacaq. Lakin 4-cü aydan etibarən hesabınızdan hər ay avtomatik abunə haqqı tutulacaq. Bunu qarşısını almaq üçün playerinizdə yeni peyda olmuş Profil bölməsinə girmək, ordan abunəlik başlığına keçmək lazımdır. Ora keçdikdən sonra isə avtomatik yenilənməni söndürməyiniz kifayətdir. 

    Apple Music-də bəzi albomları dinləyə bilmirsizsə nə etməli? – Bəzi albomların leksikonunda "+18” sözlər olduğundan Apple istəyə görə onları deaktiv edib. Siz sadəcə telefonun ayarlarından onları yenidən aktiv edib dinləyə bilərsiz
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər