main-post-cover

    Apple məhkəmədə bu dəfə məğlub olan tərəfdir. Təzminat: 25 Milyon Dollar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Network Technologies tərəfindən Apple-a qarşı açılan məhkəmədə Apple məğlub oldu və 25 milyon dollar təzminat ödəyəcək.

    1999-cu ildən qalan sadə bir fayl sisteminə görə patentin oğurlanması iddiası ilə Apple-ı məhkəməyə verən Network Technologies bu mübarizədən qalib ayrılmağı bacarıb. Sənədlərin xronoloji ardıcıllıqla yığılıdığı bir sistemi Network Technologies-in icazəsi olmadan istifadəsi nəticəsində Apple, sözügedən şirkətə nə az nə çox 25 milyon dollar təzminat ödəyəcək.
     
    Orginalının Mirror Worlds adlı bir şirkətə məxsus olduğu bildirilən bu sənədləşmə sisteminin ilk dəfə 1996-cı ildə Yale-də ortaya çıxdığı iddia olunub. The Verge-də yer alan xəbərə görə, Apple-ın patenti olmadan bu sistemdən istifadəyə görə şirkətə qarşı 625 milyon dollarlıq bir məhkəmə başladılmışdı. Uzun müddət gedən mübahisələrdən sonra sözügedən patent Network Technologies şirkətinə satıldı. Patenti aldıqdan sonra Apple-a qarşı olan məhkəməni davam etdirən Network Technologies sonunda qalib tərəf oldu və Apple şirkəti Network Technologies-ə 25 milyon dollar ödəyəcək.
    Linki kopyala