main-post-cover

    Apple-dan şok açıqlama. "iPhone 6s modellərinin enerji sərfiyyatı prosessora uyğun dəyişir."

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple şirkəti yeni iPhone 6s modellərinin bəzilərinin enerji sərfiyyatında fərqlər olduğun açıqladı. Buna səbəb kimi telefon modellərində prosessorların arasında fərqlər olduğunu göstərdi. Bəs eyni model iPhone 6s-lərdə nə üçün prosessorlar fərqlidir? Bu sualın çox müəmmalı və maraqlı cavabı var.
    Hər birimizə məlumdur ki, telefon istehsalı sektorunda AppleSamsung iri şirkətlərdir və biribirinin əzəli rəqibləridirlər. Hər zaman qarşılıqlı atmacalar atmaqla fərqlənirlər.Bu şirkətlərin məhsullarının istifadəçiləri də öz növbələrində şirkətlərdən geri qalmırlar. Günümüzdə istifadəçilər arasında gedən müharibəni hər yerdə görmək olar.
    Bütün bunların timsalında əldə olunan məlumatlara əsasən belə qənaətə gələ bilərik ki, məhz yeni iPhone 6s modellərinin enerji sərfiyyatında fərqlərin olması onların prosessorlarında olan müxtəlifliklə bağlıdır. Belə ki, məlumatlara əsasən iPhone 6s-in prosessorları iki fərqli firma tərəfindən istehsal olunur. Bunlardan biri Taiwan Semiconductor Manufacturing Co digəri isə məhz Samsung-dur. Bəli, SAMSUNG. İstehsal olunan bu prosessorların fəaliyyəti enerji sərfiyyatına bir başa təsir göstərir.
    Apple-dan şok açıqlama. "iPhone 6s modellərinin enerji sərfiyyatı prosessora uyğun dəyişir."

    Mobil tətbiqetmə hazırlayan Hiraku Jira özlərinin hazırladığı bir testlə iPhone 6s modelləri arasında enerji sərfiyyatında olan fərqləri ortaya çıxardı. Hətta bu bəzi istifadəçilərdə 2 saata yaxın bir fərq ortaya qoyur. Bu və digər testlərin ortaya çıxması nəticəsində Apple yazılı açıqlama etmək məcburiyyətində qaldı. Açıqlamada bu xəbər öz təsdiqin tapdı və telefonlarda 2-3% kimi xırda fərqlərin ola biləcəyin qeyd etdi. Lakin testlər onu göstərir ki, bu fərqlər bəzən 33% kimi böyük rəqəm ola bilər.
    Mənbə: engatget.com
    Linki kopyala