main-post-cover

    "Apple", Apple Music xidməti üçün 2 yeni reklam çarxını təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Artıq bir müddətdir ki, "Apple" yalnız elektronik cihaz deyil, həm də digər platformalarda da fəaliyyət göstərməkdədir. Belə xidmət sahələrindən biri Apple Music-dir.

    Hansı ki, qısa zaman olmasına baxmayaraq "Apple" çoxdandı bu sahədə fəaliyyət göstərən şirkətlərlə rəqabət aparmağa başlayıb. Belə ki, hər bir məhsuluna və xidmətinə xüsusi diqqətlə yanaşan şirkət, Apple Music haqqında da eyni həssaslığı göstərməkdədir. Artıq bir ənənə halına gələn Apple tanıtım reklamları buna bir misaldır. Belə ki, şirkət Apple Music üçün 2 yeni reklam videosunu istifadəçilərə təqdim edib. Bu dəfəki reklam ulduzları isə Taylor SwiftDrake-dir.
    Reklam nümunələrində tanınmış simaların yer alması isə daha çox nəzərə çarpır. Belə ki, "Apple", Apple Music baxımından əlindən gələni əsirgəməsə də amma müəyyən baxımdan "Spotify"dan geri qalır. Həmçinin reklamda əsas diqqət çəkən məqamlardan biri musiqi siyahısının Spotify-la müqayisədə daha zəif olmasıdır. Amma şirkətin bu platformaya xüsusi qayğısı onun gələcəkdə daha da yüksək səviyyəyə çatmasına işarədir.
     

    Linki kopyala