main-post-cover

    Apple 16 və 64 GB iPhone-ları öldürdü

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yeni gələn bir hesabat iPhone 7-nin bir neçə detalını ortaya çıxarıb. 

    Bir neçə gün bundan əvvəl iPhone 7-nin qiymət listi və yaddaş seçimləri ortaya çıxmışdı. Həmin mənbədən gələn xəbərə görə də yeni model iPhone-da 16 GB yaddaş seçimi olmayacaq. İndi isə əlimizdə yeni bir hesabat var. Mənbə yenə də Çindir.

    Köhnə yayımlanan iddialarda iPhone 7-də 64 GB daxili yaddaş seçimi olduğu görünürdü. Lakin Wechat saytının yayımladığı yeni məqalədə iPhone 7, iPhone 7 Plus, iPhone 7 Pro modelləri 32, 128, 256 GB daxili yaddaş seçimləri ilə satışa çıxacaq. Bu yeni hesabata görə Apple 16 və 64 GB daxili yaddaşı tarixə ötürmüş olur. Son olaraq iPhone 7 Pro-nun gündəmədə olduğu bu dövrdə bəzi mənbələr iddia edir ki, Apple bazarda bu il 3 model ilə yox, ənənəvi olaraq 2 model ilə yoluna davam edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər