9 sentyabr Apple-ın təqdimatı haqqında yazılı icmal.
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
·Apple Watch-un yeni rəngləri
Konfransın
əvvəlində jurnalistləri salamlayaraq Tim Kuk səhnəyə çıxdı və Apple Watch-un
uğurlu satışı, yenilənmiş WatchOS 2 haqqında bir neçə kəlimə məlumat verdi. Bu günə kimi Apple saatları üçün 10.000-dən artıq
tətbiqetmə hazırlanıb. Facebook istifadəçiləri artıq saatları üçün tam
funksional Messenger-ə sahibdirlər. Budan əlavə saatlar üçün yeni Hermes kəmərləridə
satışa buraxılıb.
Həmçinin
iki yeni saatlar artıq üç yeni çəhrayi qızılı, aliminium qızılı və space black
rənglərində satışa çıxarılacaq.
WatchOS 2 isə 16 sentyabrda istifadəyə veriləcək.
·Böyük iPad Pro
Dünyanın ən
məhşur planşeti olan iPad-a sıra gəldi. Yeni... Və bu günə kimi buraxılan ən
böyük iPad. Adı isə təxmin olunan kimi iPad Pro-dur.
Ekran
dioqanalı 12.9 dyüm, 5.6 milyon pikseldir. iOS 9-da gözlənilən bütün yenilikləri
özündə cəmləyən bu planşetin daxilində A9X prossessoru işləyir. Yeni iPad-in
korpusunda 4 yeni dinamik var. iPad Pro
üçün Apple əlavə keyboard fikirləşib. Smart keyboard. O planşetə 3 maqnit
kontakt vasitəsilə qoşulur. iPad Pro təkcə klaviatura ilə yox diqqət (!!!)
stiluslada təmin olunub. Apple Pencil – şirkətin istehsal etdiyi ilk stilusdur.
Daha
sonra isə səhnədə qəribə hadisələr baş verdi. Əvvəl "Microsoft” daha sonra isə
"Adobe” səhnəyə dəvət olundu. Hər iki şirkət Apple Pencil-ın keyfiyyətindən və
rahatlığından danışmağa başladı. Qısaca bu şəkil yeni iPad Pro-nun bütün
xarakteristikalarını sizlərə çatdırmağa bəs edir:
Qiymətlər
isə aşağıdakı kimidir:
Apple
Pencil və Smart Keyboard isə ayrıca satılır. Qiymətləri müvafiq olaraq: 99$ və
169$-dır.
iPad Mini
fanatları üçün də Apple surpriz hazırlayıb. Yeni iPad Mini 4. Qısaca onu deyək
ki, iPad Air 2-nin mini korpusda olan formasıdır.
·Yenilənmiş Apple TV
Növbəti
yenilik Apple TV oldu. Yeni cihaz digərlərindən təkcə ölçüsünə görə yox bir çox
yenilikləri ilədə fərqlənir.
Bu köhnəlmiş
cihazın yenidən reinkarnasiyası oldu:
-Yeni
pult
-Siri
-Apple
Store
-Apple
Music
Tamamilə
yenilənmiş pult iki hissədən ibarətdir: Düymələrdən ibarət aşağı və sensor
yuxarı hissə. Siri artıq Apple TV-nin ayrılmaz hissəsidir. Sirini aktiv etmək
üçün pultdakı müvafiq düyməni sıxmaq lazımdır. Artıq Apple TV-nın öz əməliyyat
sistemi var: tvOS
Artıq
Apple TV-də tvOS üçün hazırlanmış oyunlar oynamaq olar.
Yeni
Apple TV-nin xarakteristikası:
·iPhone 6S və 6S Plus
Ən gözəli
isə Apple ən sona saxladı. Yeni iPhone 6S və 6S Plus!
İlk öncə
yeni rəng: çəhrayı qızılı. İkinci yeni ekran texnologiyası – 3D Touch. Artıq iOS əməliyyat sistemini
barmağınızı ekrandan çəkmədən idarə edə bilərsiz. Yeni A9 prossessor. Yeni M9
çipi. Yeni Touch ID 2. Yeni 12mpx-lik, 4K videolar çəkə bilən iSight kamera.
Yeni 5mpx-lik Face Time kamerası. Ekrana qoymaq üçün "Canlı şəkillər” və s.
yeni iPhone-lara məxsus parametrlərdir.
Telefonların
xarakteristikaları:
Qiymətlər
isə dəyişilməz olaraq qalır:
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək