main-post-cover

    Android və iOS üçün ən məşhur selfie tətbiqləri

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
     
    Son illərdə "selfie" çəkmək çox məşhurdur. Ümumiyyətlə mobil cihazlar sayəsində asanlıqla öz və ya özünüzlə birlikdə bir qrupu və ya bir mənzərəni çəkmək kimi ifadə olunan selfie, elə məşhur olub ki‚ artıq telefonların standart kamera tətbiqləri təlabatı ödəmir. Sahibkarlar da selfie dəliliyinə ayaq uydura biləcək yeni məhsulları bazara çıxarırlar.

    Bu aralar ən çox maraq görənlər də tətbiq mağazalarının yeni ulduzları olan selfie tətbiqləridir. Budur iOS və Android üçün inkişaf etdirilmiş ən məşhur selfie tətbiqləri.

    Youcam Perfect - Selfie Cam
     


    Youcam Perfect - Selfie Cam sayəsində, selfie şəkillərinizi redakte edə bilər və effektlər arasından istədiyinizi seçə bilərsiniz. Bu tətbiq, üzdəki qırışları aradan qaldırmaq‚ göz altı şişlərini düzəltmək kimi bir çox xüsusiyyətə malikdir. Bundan başqa, tətbiq sayəsində fotoşəkil kadrında istəmədiyiniz yad adamları və müxtəlif obyektləri silmək mümkündür. Fotoşəkilə yazı əlavə etmək, çoxlu fotoşəkillərdə isə  insanların adlarını yaza bilərsiniz.

    İstehsalçı: CyberLink.com
    Qiyməti: Pulsuz
    Əməliyyat sistemi: iOS (Yüklə) - Android (Yüklə)

    Bright Camera - Camera for Facebook
     
    Android və iOS üçün ən məşhur selfie tətbiqləri


    Çəkdiyiniz fotoşəkilləri Bright Camera - Camera for Facebook ilə Facebook və ya digər sosial şəbəkələrdə sürətli bir şəkildə paylaşa bilərsiniz. Bu tətbiq şəkil paylaşımlarında edilən bəyənmə və şərhlər haqqında bildiriş göndərərək sizi xəbərdar edir. İnkişaf etmiş bir şəkil redaktoru təqdim edən bu tətbiq ilə fotoşəkillərinizə effektlər əlavə edə bilər, kəsə bilər və.s əməliyyatlarınızı asanlıqla yerinə yetirə bilərsiniz. Facebook ad günü təqvimi və xatırlatma xüsusiyyəti sayəsində heç bir dostunuzun doğum gününü qaçırmaz və onlara təbrik kartı hazırlayıb, göndərə bilərsiniz.

    İstehsalçı: Amazing Studio
    Qiyməti: Pulsuz
    Əməliyyat sistemi: iOS (Yüklə) - Android (Yüklə)

    Candy Camera
     
    Android və iOS üçün ən məşhur selfie tətbiqləri


    Candy Camera, şəkillərinizi daha rahat, daha asan və daha gözəl formada çəkməyə imkan verir. 30-dan çox filtri sayəsində şəkillərinizi fərqli formalarda çəkə bilər, onları çox daha xüsusi hala gətirə bilərsiniz. Ağartmaq effekti, ləkə aradan qaldırmaq, makiyaj-göz qələmi, kiprik, incəltmək effekti kimi xüsusiyyətlər təqdim edən Candy Camera, selfie'lərinizi daha estetik formaya salmağa kömək edir. Bu sayədə, çəkdiyiniz fotoşəkillərdə çox yaxşı nəticələr əldə edə bilərsiniz.

    İstehsalçı: JP Brothers
    Qiyməti: Pulsuz
    Əməliyyat sistemi: iOS (Yüklə) - Android (Yüklə)

    Retrica
     
    Android və iOS üçün ən məşhur selfie tətbiqləri


    Selfie tətbiqləri arasında bəlkə də ən məşhur tətbiq olan Retrica, istifadəçilər arasında trend tətbiq olma xüsusiyyəti daşıyır. Retrica, yüksək keyfiyyətli fotoşəkillərinizi xüsusi effektlərlə bəzəyərək selfie'lərinizdə tam fərqli bir görünüş əldə etməyə kömək edir. Tətbiq, professional olaraq hazırlanmış çox sayda filtr təqdim edir. Uzunmüddətli çəkiliş xüsusiyyəti ilə təyin etdiyiniz bir müddətdən sonra şəklin çəkilməsini təmin edə bilərsiniz. Vaxtaşırı olaraq birdən çox fotoşəkil çəkmə xüsusiyyəti təqdim edir. Həmçinin bu tətbiq ilə vintage fotoşəkillər hazırlaya bilər, bu fotoşəkillərlə kolaj da edə bilərsiniz.

    İstehsalçısı: Venticake Inc.
    Qiyməti: Pulsuz
    Əməliyyat sistemi: iOS (Yüklə) - Android (Yüklə)

    Selfie Studio
     
    Android və iOS üçün ən məşhur selfie tətbiqləri


    Selfie Studio, yalnız ön kamera dəstəyi ilə çəkiliş yerinin işıq mövqelərinə tamamilə uyğunlaşacaq şəkildə selfie çəkməyə imkan verir. Tətbiq, kameranızın parlaqlıq və dəqiqlik parametrlərini avtomatik tənzimləyərək, yaratdığınız fotoşəkili, sosial şəbəkələrdə sürətli bir şəkildə paylaşmğınıza da şərait yaradır. Çəkdiyiniz fotoşəkilləri kəsmək və effekt əlavə etmək kimi funksiyaları da mövcuddur.

    İstehsalçı: Vinghom
    Qiyməti: Pulsuz
    Əməliyyat sistemi: Android (Yüklə)

    CamMe
     
    Android və iOS üçün ən məşhur selfie tətbiqləri


    Selfie keyfini ikiyə qatlayan CamMe çox fərqli bir sistemlə selfie çəkməyə, özünüzü istədiyiniz uzaqlıqdan çəkməyə şərait yaradır. Cihazınızda əvvəlcə əlinizi göstərib yüngülcə yelləyirsiniz. Tətbiq, bu hərəkətinizi dərhal qəbul edir və sizin etdiyiniz hərəkətə qarşılıq olaraq sizə yumruq işarəti etmənizi söyləyir. Əlinizi yumruq şəklində etdikdə və ya yellədikdə isə geri saymağa başlayır. 3 saniyə geriyə saydıqdan sonra kameranız avtomatik olaraq çəkir. Fərqli fotoşəkil çərçivələri və üz dəyişdirmə xüsusiyyətinə sahib olan tətbiqdə istəsəniz öz üzünüzü fərqli bir fotoşəkilə yapışdıra bilərsiniz. Çəkdiyiniz selfieləri sosial şəbəkələrdə tək bir toxunuşla paylaşa bilərsiniz.

    İstehsalçı: PointGrab LTD
    Qiyməti: Pulsuz
    Əməliyyat sistemi: iOS (Yüklə)

    Picr
     
    Android və iOS üçün ən məşhur selfie tətbiqləri


    Selfie həvəskarları üçün hazırlanan Picr, çekilişlərinizi nizamlı hala gətirməyinizi təmin edir. İstifadəçinin hər gün mütamadi olaraq selfie çəkməsini təmin etmək üçün xatırlatma edən Picr, bu xatırlatmaları istəsəniz gündəlik, həftəlik və ya aylıq olaraq nizamlayır. Əgər hər gün mütamadi olaraq selfie çəksəniz müəyyən bir müddətdən sonra selfie'lərdən ibarət möhtəşəm bir albom sizi qarşılayır. Beləliklə həyatınızın və üzünüzün sürətləndirilmiş çəkilişlərini görə bilərsiniz. Dəyişdiyinizi göstərmək üçün selfie fotoşəkillərindən videolar hazırlaya bilərsiniz. Həyatınızın hər anını və uşaqlarınızın böyümə müddətini selfieler çəkərək saxlaya, irəlidə onlara baxaraq xatirələri hər zaman yada sala bilərsiniz.

    İstehsalçı: Marcus Rumbohm
    Qiyməti: Pulsuz
    Əməliyyat sistemi: iOS (Yüklə)

    Frontback
     
    Android və iOS üçün ən məşhur selfie tətbiqləri


    Sadə quruluşa malik olan Frontback, selfie çəkmək istəyənlər üçün çox əyləncəli bir şəkildə istifadə edilə bilər. Telefonunuzun arxa və ön kameralarını eyni anda istifadə edərək fotoşəkil çəkə bilər və bunları birləşdirə bilərsiniz. Tətbiqin sahib olduğu sosial şəbəkə əlaqələri sayəsində çəkdiyiniz fotoşəkilləri Facebook, Twitter, Tumblr, Instagram və e-poçt ünvanınız vasitəsilə dostlarınızla paylaşa bilərsiniz. Şəkillərinizə yazılar, işarələmələr‚ məkan məlumatları və istədiyiniz bir çox şeyi fərqli sosial şəbəkələrdə paylaşmazdan əvvəl əlavə edə bilərsiniz.

    İstehsalçı: CheckThis
    Qiyməti: Pulsuz
    Əməliyyat sistemi: iOS (Yüklə) - Android (Yüklə)

    Perfect 365
     
    Android və iOS üçün ən məşhur selfie tətbiqləri


    Selfie şəkillərinizi çox daha estetik bir hala gətirmək üçün ən ideal selfie tətbiqlərindən biri də Perfect 365-dir. Şəkildəki qırışları, səhvləri və istədiyiniz digər bütün dəyişiklikləri etməyinizə şərait yaradır. Məsələn fotoşəkillərdə dişləriniz sarı çıxırsa tətbiq içərisində tək düyməyə toxunaraq sürətli və asan bir şəkildə dişlərinizi ağarda bilərsiniz. Üz yoxlama sisteminə görə makiyaj edə bilən tətbiq, tonal krem, ağardıcı, pudra kimi virtual makiyaj vəsitələrindən istifadə etməyə imkan verir. Makiyaj əməliyyatlarından sonra əvvəlki şəklinizlə müqayisə edə bilərsiniz. Çəkdiyiniz və dəyişiklik etdiyiniz fotoşəkilləri Facebook, Twitter, Instagram kimi sosial şəbəkələrə göndərə və sevdiklərinizlə dərhal paylaşa bilərsiniz.

    İstehsalçı: ArcSoft
    Qiyməti: Pulsuz
    Əməliyyat sistemi: iOS (Yüklə) - Android (Yüklə)

    oSnap
     
    Android və iOS üçün ən məşhur selfie tətbiqləri

    Selfie təcrübəsini üst səviyyələrə qaldıran digər bir tətbiq olan oSnap, jest əsaslı idarə etmə ilə işlədiyi üçün bütün kamera xüsusiyyətlərini tək əllə idarə edə bilərsiniz. Ekranın hər hansı bir yerinə toxunduğunuzda fotoşəkil çəkə və telefonu yelləyərək ön və arxa kameralar arasında sürətli keçid edə bilərsiniz. Həmçinin barmağınızı ekran üzərində sürüşdürərək işığı aktiv etmək də mümkündür.

    İstehsalçı: Steve Young
    Qiyməti: 3.99 $
    Əməliyyat sistemi: iOS (Yüklə)
     
     
    Linki kopyala