main-post-cover

    Android telefonlar üçün musiqi (mp3) yükləmə tətbiqləri.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Bəyəndiyiniz mahnıları youtube üzərindən yaxud başqa musiqi servislərdən hər dəfə təkrar-təkrar dinləmək üçün internet sərf etmək istəmirsinizsə sizə təqdim edəcəyimiz 3 mobil tətbiqetmə vasitəsilə musiqiləri telefonunuza yükləyə bilərsiniz.

    Peggo
    Ən çox istifadə olunan MP3 yükləmə tətbiqlərindən biri olan Peggo, sevdiyiniz hər hansı bir mahnını telefonunuza yükləməyə imkan verir. Axtarış hissəsində istədiyiniz musiqi parçasını axtarıb telefona endirə bilərsiniz. Bundan əlavə YouTube və SoundCloud'dakı linkləri kopyalayaraq tətbiqin içərisinə yerləşdirib həmin parçaları telefona yükləmək imkanınız var.
    Tətbiqi buradan yükləyə bilərsiniz.
     
    MYT MP3 Downloader
    Bu tətbiqin içərisində də mahnı və yaxud hər hansı parçanın adını axtarışa verərək onu yükləmək mümkün olur. HD keyfiyyətdə yükləyə biləcəyiniz MP3 parçalarını yükləmədən öncə dinləmək imkanınız var. Tətbiqin ana ekranında bəzi populyar musiqiləri qarşımıza çıxaran MYT MP3 Downloader, bizə bəzi alternativlər də təklif edir.
    Tətbiqi buradan yükləyə bilərsiniz.
     
    OG YouTube
    OG YouTube üçün Çin malı YouTube desək yerinə düşərdi. Youtube hesabınızla giriş edərək bir növ YouTube tətbiqi kimi istifadə edəcəyiniz eyni zamanda yükləmə edə biləcəyiniz tətbiqdir. YouTube ətbiqindən fərqli olaraq arxa planda musiqi oxutmağa imkan verən tətbiqdir.
    Tətbiqi burandan yükləyə bilərsiniz.
    Linki kopyala