main-post-cover

    Android N ilə bağlı yeni xəbərlər gəldi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Android əməliyyat sisteminin yeni üzvü olacaq Android 7.0 haqqında yeni iddialar səslənməyə davam edir.

    Android N adıyla önə çıxan 7.0, bir çox markanın flaqman modellərinin 6.0 versiyasını almadan çıxan yeni iddialar istifadəçiləri həyəcanlandırmağa başlayıb.
    Bir müddət öncə Android N, yəni Android 7.0’ın olduğu düşünülən bildirim ekranına aid görüntülər sızdırılmışdı. Bu dəfə isə Android 7.0’a aid olduğu düşünülən ekran görüntülərində yeni qatlana bilinən menyu ekranını görə bilərik. "Hamburger menu” adlandırılan ekrana aid olan görüntülərdə Android 7.0’a aid olacaq olan "Do not disturb is on” bölümünü də görürük. Bu xüsusiyyəti istifadə etmək istədiyiniz zaman, bildirim menyusu kimi bir menyu açılacaq və bu açılan menyu vasitəsilə bəzi lazımlı tənzimləmələri edə biləcəksiniz. Bu xüsusiyyət sayəsində ən son edilən dəyişikliyin də ön izləməsini görə bilərsiniz. Bildiyiniz kimi bu xüsusiyyətin bənzəri iOS 9 ilə iPhone istifadəçilərinə təqdim olunmuşdu. Bunun sayəsində əvvəlki ekrana dönmək həm daha asan, həm də daha rahat olacaq.

    Hələki Android 7.0 haqqında dəqiq bir açılama edilmədiyi üçün nə zaman tanıdılacağı da bilinmir. Amma Android N haqqındakı bütün şaiyələr May və ya İyun ayında keçiriləcək olan Google I/O 2016 tədbirində dəqiqlik qazanacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər