main-post-cover

    Android iOS\'a görə daha təhlükəsizdir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iOS və Android arasındakı rəqabət artıq 3rd part proqram yazanlara da təsir edir. Bəs həmin yazılan proqramlar hansı platformada daha təhlükəsizdir? Buyurun cavabı...

    Android, iOS'e Göre Daha Güvenli!
    Ağıllı telefon bazarında hazırda mövcud olan hakimiyyətə iOS və Android OS hegemonluq edir. Hər iki dünya nəhənginin arasında gedən rəqabətdə kim daha çox səhv etsə nüfuzu zəifləyir. Həmçinin sərbəstlik baxımından da aralarında böyük rəqabət olan əməliyyat sistemlərinin istifadəçiləri daim yenilik tələb edir.
    Android istifadəçiləri ümumən öz sistemlərinin daha azad olduğunu qeyd edərkən iOS istifadəçiləri sistemlərinin daha stabil və sürətli olduğunu iddia edir. Bəs hansı sistem daha təhlükəsizdir?

    Aparılan araşdırmalar nəticəsində məlum olub ki, hər iki əməliyyat sistemində təhlükəsizlik problemləri var. Həmdə yüksək səviyyədə. Belə vəziyyətin səbəbi isə 3rd part proqramların marketdə yerini almasıdır.

    Araşdırma nəticələrinə görə iOS proqramlarında təhlükəsizlik problemi 40%, Android OS'da isə 36% təşkil edir.

    Təbii ki, bunun ən pis cəhəti isə sizin şəxsi məlumatlarınızın oğurlanma təhlükəsidir. (adınız, doğum tarixiniz və s. məlumatlar) Rəqəmlərdə ifadə etsək 27% iOS, 23% Android OS'də oğurlanma təhlükəsi var.
    App Store’da bir proqramı yayımlamağın Google Play’a nisbətən daha çətin olduğunu nəzərə alsaq bu nəticələr biraz təəccüb doğurur. Amma statistikalar iOS sisteminin daha təhlükəli olduğunu göstərir.
     
    Nəticədə, həm Google Play, həm də App Store’dan proqram yükləyərkən çox diqqətli olmaq lazımdır. Proqram yükləyərkən qarşınızda açılan ilk ekranda proqramın nə tələb etdiyini mütləq diqqətlə oxuyun. Proqramlar sizin cihazınızda nəyəsə giriş icazəsi istəyir. Bunlara nəzər yetirərkən hansı məlumatların oxunacağına nəzarət edin. Çünki statistikalar göstərir ki, marketə yüklənən hər proqramda ortalama 9 təhlükəsizlik problemi var.


    Linki kopyala