main-post-cover

    Android 7.1.2 Nougat üçün ilk beta təqdim edildi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Google, Android 7.1.2-in ilk beta versiyasını istifadəçilərə açıq olaraq təqdim etdi.

    Android 7.1.2 Nougat versiyasını rəsmi şəkildə təqdim edərək test müddətini başladan Google, ilk beta versiyasını paylaşdı.
    Android Beta proqramı-na daxil olan və uyğun cihazlardan birinə sahib olan istifadəçilərə, OTA yoluyla əlaqə qurmağa başlayan Android 7.1.2 Beta versiyası təxmin edildiyi kimi böyük dəyişikliklərə sahib deyil.

    Android 7.1.2 versiyasını istifadəçilərə nələr təqdim edəcək?

    Google Pixel seriyasında yaranan problemlərin böyük ölçüdə aradan qaldırdığı və inkişafa hədəflənən Android 7.1.2 beta versiyası, xəta düzəltmələri və performans yaxşılaşdırmalarından başqa GSM operatorları üçün bir sıra dəyişiklikləri əhatə edir.

    Google Pixel, Pixel XL, Nexus 5X, Nexus Player və Pixel C-dən əlavə, Android Beta proqramında yer alan digər cihazlar üçün də təqdim edilən Android 7.1.2 beta versiyası, hələki Nexus 6P modeli üçün təqdim edilməyib. Rəhbərlər, yenilənmə üçün Nexus 6P üstündə çalışmağa davam etdiklərini və Android 7.1.2 versiyasının istifadəçilərə qısa bir müddət ərzində təqim ediləcəyini bildirdi.
    Əgər bu cihazlardan birinə sahibsinizsə, Android-in Beta versiyasını test etmək üçün android.com/beta adresini ziyarət edə bilər və Android Beta proqramına daxil ola bilərsiniz.
    Qeydiyyat əməliyyatını problemsiz şəkildə etdikdən sonra, yenilənmə bildirişi qısa bir müddət ərzində ağıllı telefonunuza gələcəkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər