main-post-cover

    Amazon "Influencer Marketing" bazarına daxil olaraq sosial media fenomenlərini axtarır

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "Affilate Marketing" sahəsində dünya lideri olan platforma Amazon.com, bu dəfə son illərin ən populyar marketinq sahələrindən biri olan təsir marketinqi yəni "Influencer Marketing" bazarına da giriş edir. Belə ki, bu addımla platforma sosial medianın fenomen simalarından istifadə etməyi hədəfləyir.
     
    Açıqlanan məlumata görə "Amazon Influencer Marketing Program"ına qoşulmaqla siz də Amazon məhsulların yayılmasında vasitəçi olub, qazanc əldə edə bilərsiniz. Hədindən artıq çox müraciətin olacağını planlaşdıran Amazon, məsələ ilə bağlı bir bildiriş bölüşməyi də unutmayıb. Qeyd olunan bildirişdə, Amazonun yalnız seçilmiş infulanserlər ilə əlaqə yaradacağı vurğulanır.

     
    Hələ ki, test mərhələsində olan platformaya seçiləcək infulanserlər yavaş-yavaş sistemə daxil ediləcək. Sadəcə izləyici sayını deyil, paylaşılan kontentin keyfiyyətini, əhatə dairəsini, hədəf kütləsini nəzərə alan Amazon, profillərin seçimləri zamanı bu kriteriyalara diqqət yetirəcək.
     
    "Affilate" proqramları ilə marketinqin yönünü dəyişən və bundan çox yaxşı bir şəkildə istifadə etməyi bacaran Amazon, görək "Influencer Marketing" bazarında nələr edə biləcək.
    Linki kopyala