main-post-cover

    "Amazon", informasiya təhlükəsizliyi ilə məşğul olan startapı 20 milyon dollara aldı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Bulud servis olan Amazon Web Services, təhlükəsizlik sistemlərinin hazırlanması ilə məşğul olan Harvest.ai startapını 20 milyona aldı.

    "Trinity Ventures”in (startapın investorlarından biri) general tərəfdaşı Fred Wang-ın sözlərinə əsasən "Amazon”, Harvest.azi-ni hələ keçən ilin əvvəlində almışdı. Lakin daha əvvəllər bu barədə açıq mənbələrdə heç bir məlumat yox idi. Wang, müqavilənin hansı məbləğ qarşılığında bağlandığını söyləməyib. Lakin o bildirib ki, müqavilə investorlar və şirkət rəhbərliyi üçün yaxşı fürsət olub. Digər bir mənbənin məlumatına əsasən isə müqavilənin dəyəri 19 milyon dollar təşkil edir və startapın 12 nəfər əməkdaşı, "Amazon”un baş ofisində çalışır. "Amazon”un təmsilçiləri sözügedən xəbər barədə heç bir fikir bildirməyərək qeyd ediblər ki, onlar şaiyə və fərziyyələri müzakirə etmirlər. Harvest.ai-nin təsisçiləri də bu barədə heç bir məlumat verməyiblər. Qeyd etmək lazımdır ki, Harvest.ai, Aleksandr Vatson tərəfindən təsis edilmişdi.
    Daha öncə o, 10 il ərzində ABŞ-ın Beynəlxalq Təhlükəsizlik Agentliyində (NSA) çalışmışdır. Məlumata əsasən 2014-2015-ci illərdə startap, "Trinity Ventures” "Moonshots Capitaldan ümumilikdə 2.71 milyon dollar investisiya almışdır. Harvest.ai, süni zəkadan istifadə edərək mümkün hacker hücumlarının aşkar edildiyi zaman istifadəçilərin davranışlarını analiz edir. Servisə inteqrasiya olunmuş Macie Analytics sistemi, yer dəyişikliyi internetdə vaxt keçirdən zaman davranışların dəyişməsini və s. kimi faktorları nəzərə alaraq istifadəçilərin şəbəkədə işlədikləri zaman baş verən qəribəlikləri aşkar edir. Vacib sənədlərin public rejimə düşdüyü və ya başqasına göndərildiyi zaman sistem, istifadəçiyə bu barədə məlumat verir. Məlumata əsasən alınmış startapın texnologiyaları Amazon Web Services-in məlumatlarının qorunmasında istifadə oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər