main-post-cover

    Alipay artıq dünyanın ən böyük online və mobil ödəniş sistemidir

    Tech-Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas
    Çinli "Alibaba qrupun" online və mobil ödəniş sistemi Alipay, 450 milyon istifadəçiyə çataraq, dünyanın ən böyük online və mobil ödəniş sisteminə çevrildi. Şirkətin elan etdiyi yeni razılaşmalarla Avropanın ən böyük maliyyə qurumları ilə yeni iş ortaqlıqlarına gedərək, əhatə dairəsini də Avropaya qədər genişlətmiş oldu.

    Satış nöqtələri artıq Alipay ödənişlərini də qəbul edir

    Avropada "BNP Paribas", "Barclays", "UniCredit" "SIX Payment Services" ilə razılaşmalar vasitəsilə, 930 min ticari qurum Alibaba-nın mobil və online ödəniş sisteminin Avropa şəbəkəsinə qatılmış oldu. Ödəniş sisteminin istifadəçiləri artıq Avropadakı satış nöqtələrində, telefonlarına gələn QR kodları skan etdirərək, satış əməliyyatını tamamlaya biləcəklər. Alipay-ın "Discovery” xüsusiyyəti vasitəsilə, Çin xaricinə səyahət edən Çin vətəndaşlarının alışveriş edə biləcəkləri yeri daha asan kəşf etməklərinə də şərait yaradılır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər