main-post-cover

    Alimlər xatirələrin silinmə üsulunu aşkar ediblər

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Belçikalı və almaniyalı alimlər genlərdən birini deaktiv edərək siçanlarda əlaqələndirici xatirələrin silinməsinə nail olublar. Əlaqələndirici təlim beynin hər-hansı bir xarici mütəmadi fəaliyyət faktorunu mənimsəməsi prosesidir. Məsələn məktəbdə tənəffüs zəngi çalanda uşaqlar bilirlər ki, tənəffüs müddətində qidalanma prosesi gedəcək. Beləliklə onlar zəngin səsini eşidən zaman orqanizmləri artıq həzm etmə prosesinə hazır olurlar. Təcrübə zamanı alimlər siçanlara işıqlı mühitdə qəfəsin bir hissəsindən digərinə hərəkət etməyi öyrədiblər. Siçanlar bu tapşırığın öhdəsindən gəldikləri zaman qida ilə mükafatlandırılırdılar. Daha sonra onlar siçanların beynindəki neyroplastin genini deaktiv ediblər. Bundan sonra məlum olub ki, işıqlı mühitdə siçanların nə edəcəkləri yaddaşlarından silinib. Yəni genlərdən sadəcə birini deaktiv etmək təlim zamanı əldə olunmuş əlaqələndirici xatirələrin silinməsinə gətirib çıxardır. Neyroplastin geni beynin hücüyrələri arasındakı rabitə rolunu oynadığı üçün onu deaktiv edən zaman bu cür nəticə əmələ gəlir. Başqa sözlə desək sözügedən gen xatirələrin yığılması müxanizminin iş prinsipini yerinə yetirir. Alimlər neyroplastin geninin öyrənilməsini davam etdirəcəklər.
    Linki kopyala