main-post-cover

    Alimin beyni adi insan beynindən nə ilə fərqlənir?

    07.05.2017
    Farid Pardashunas
    Lübek universitetinin (Almaniya) mütəxəssislərinin maraqlı müşahidələri zamanı bəlli olub ki, alimləri özlərinin şəkillərinin elmi jurnalların üz qabığında görmələri maddi sərvətdən daha çox maraqlandırır. Təbii ki, müşahidəçilərin öz işlərinə görə aldıqları kiçik maaşları nəzərə alsaq bu müşahidə böyük təəccübə səbəb olmayıb. Lakin sözügedən müşahidə sübut edib ki, professional təcrübə bizim beynimizin funksionallığını dəyişə bilər. Alimlər öz kolleqalarının beyinlərinin daha çox həzz mərkəzi kimi tanınan hissəninin aktivliyini yoxlamaq üçün onları maqnit-rezonans tomoqrafiyasından keçirdiblər. Qeyd edək ki. beynin bu hissəsi hər hansı səbəbdən asılı olmayaraq insanın aldığı həzz zamanı aktivliyini göstərən hissədir. İstər bu Nobel mükafatı olsun və yaxud orqazm və narkotik qəbulu. Müşahidənin iştirakçılarına müxtəlif obyektlərin şəkilləri göstərilmişdir. Şəkillərin arasında pul və məşhur elmi jurnal Nature Neuroscience-ın üz qabığında müşahidə iştirakçılarının şəkilləri olan obyektlər var idi. Maraqlısı odur ki, beynin sözügedən hissəsində ən böyük aktivlik müşahidə iştirakçılarının öz şəkil və adlarının jurnalın üz qabığında gördükləri zaman müşahidə olunmuşdur. Böyük miqdarda pulların olduğu şəkillərdə alınmış aktivliyin səviyyəsi isə digərindən fərqli olaraq çox aşağı səviyyədə idi. Beləliklə alimlər daha çox Nature Neuroscience jurnalındakı məqalələri xeyli miqdarda puldan daha çox arzulayırdılar. Lakin müşahidənin müəllifləri güman edirlər ki, bu cür reaksiya onu göstərir ki,  bizim beynimiz professional fəaliyyətə öyrəşərək bizim üçün vacib olan şeylərə qarşı subyektiv reaksiya verməyimizə köməklik göstərir. Məhz buna görə neyrobioloqun beyni ona maraqlı olan şəkilə bu cür reaksiya verir. Həmin şəkili adi insan göstərsəydilər onun beyni neyrobioloqun beyni kimi reaksiya verməyəcəkdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər