Aldatmaq istədikləri şəxsin, hacker olduğunu bilməyib, tələyə düşdülər
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
İvan Kvyatovskiy adlı hacker, onun
valideynlərinin kompüterinə müdaxilə edib, hesabından pul çıxarmaq istəyənlərə
çox yaxşı dərs verib. Həmin şəxs, fırıldaqçıların cihazlarına ziyan verici
proqram yükləyə bilib. Hackerin verdiyi məlumata görə, valideynlərinin
kompüterində yüklənmiş virusların olması haqda veb-səhifə açılıb və texniki dəstəyə
müraciət etməsi məsləhət görülüb. Fırıldaqçılar bu işlə məşğul olan təmir mərkəzinin
də əlaqə vasitələrini göstəriblər. Hacker isə onların məqsədini öyrənmək üçün həmin
nömrə ilə əlaqə saxlayıb. O, fırıldaqçıların sistemə girişinə mane olmaq üçün virtual Windows XP istifadə edib və bu yolla kompüterin
işləmə sistemində nasazlıq olması haqda təsviri qarşı tərəflə paylaşıb. Bundan
sonra fırıldaqçılar, hackerə virusları təmizləmək üçün tətbiq yükləməsini
tövsiyə ediblər. Bununla da onlar simulyasiyaya giriş əldə edib, onun virusla
yüklənməsi haqda illuziya formalaşdırıblar. Bu zaman pəncərə keçidində
"IP sındırılıb”, "1452 virus” və s. kimi yazılar öz əksini tapıb. Bütün
bunlardan sonra fırıldaqçılar, onlardan antivirus proqramı satın alması üçün təklif
göndəriblər. Bununla da kredit kartı məlumatlarını ələ keçirməyi planlayan qrup
tam fərqli problemlə üz-üzə qalıb. Belə ki, hacker onlara məlumatlar əvəzinə
viruslarla dolu fayl göndərib və hazırladıqları planı özlərinə qarşı istifadə
edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!