Adobe Flash yerini Adobe Animate\'ə verdi!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Adobe’un illərdən bəri populyarlığını itirməyən proqramı olan Flash’da artıq sona gəlinib. Belə ki, şirkət tərəfindən edilən açıqlamada bundan sonra Flash Professional’in Animate CC adı ilə davam etdiriləcəyi vurğulanıb. İnternetdə zəngin animasiyalar yaratmaqda bir standart halına gələn Flash’ın HTML5 qarşısında məğlubiyyəti də beləcə qətiləşmiş oldu. Animate CC istifadəçilərin lokal HTML5 Canvas və WebGL dəstəyi ilə yeni web animasiyaları hazırlaya biləcəyi bir proqram olaraq qarşımızda olacaq. 2016-cı ildə ediləcək yeniləmə ilə Flash Professional, Animate CC olaraq Creative Cloud’daki yerini alacaq. Bu arada Flash’ın Animate CC’də dəstəklənəcəyini də qeyd edək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)