main-post-cover

    Adi insanların iştirak edə biləcəyi "Voices of Humanity" adlı maraqlı layihə

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "Voices of Humanity” adlı layihə insanlıq haqqında məlumatların rezerv daşıyıcısını yaratmağın yeni cəhdidir. Kaliforniya Universitetinin alimləri kosmosun uzaq nöqtələrinə müxtəlif insanların mesajarını lövhələr şəklində lazerlər vasitəsilə göndərməyi planlaşdırırlar. Alimlər bu layihədə kainatı məlumatların saxlanacağı cloud servis kimi təsəvvür edirlər. Layihənin reallaşdırılması üçün vəsait Kickstarter saytı vasitəsilə yığılır. Sözügedən layihəyə maddi dəstək olan hər bir insan kosmosa öz mesajını və DNT-ni göndərmək imkanına sahib olacaq. Güman olunur ki, mesajların saxlanacağı kiçik kosmik aparatlar kosmosa istiqamətləndirilmiş enerji vasitəsilə göndəriləcək. Burda söhbət lazer texnologiyalarından gedir. Bir çoxlarının fikrincə məhz bu cür texnologiyalar ilk ulduzlararası səyahətin reallaşdırılması üçün şərait yaradacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər