main-post-cover

    9-cu planetin mövcudluğu barəsində yeni sübutlar

    Digər
    07.05.2017
    Farid Pardashunas
    İnsanların cırtdan planet olan Pluton-u öz gözləri ilə görmələri üçün elmə 50 il vaxt lazım olub. 9-cu planeti görmək üçün isə müəyyən qədər vaxt lazımdır. Lakin reallıq ondan ibarətdir ki, biz ilk öncə 9-cu planetin mövcudluğunu sübut etməliyik. Pluton-un cırtdan planet statusunu almasında müstəsna rol oynamış astronom Michael Brown bir neçə müddət bundan öncə bildirmişdi ki, 9-cu planetin mövcud olmasına dair yeni sübutlar əldə edilib. Nəzərinizə çatdıraq ki, Brown tərəfdaşı Konstantin Batıgin ilə Koyper qurşağının daxilindəki kosmik obyektlərin hərəkətləri hesabına daha böyük kosmik obyektin varlığını müəyyən etmişdi. Alınmış məlumata görə həmin böyük kosmik obyekt öz qravitasiyası hesabına Koyper qurşağındakı digər obyektlərin hərəkət istqamətinə təsir edir. Bu yaxınlarda isə Brown SETI (Search for Extraterrestrial Intelligence) təşkilatının yeni fotosunu öz twitter səhifəsində təqdim etmişdi. Fotoda Koyper qurşağında aşkar edilmiş yeni obyektin (uo3L91) digər böyük kosmik obyektin qravitasiya təsiri nəticəsində hərəkəti təsvir olunmuşdur. Güman olunur ki, həmin böyük kosmik obyekt əslində 9-cu planetdir. Fotoda göründüyü kimi aşkar edlmiş yeni obyekt digər kosmik obyektlərin ətrafında fırlanır. Hər-halda alimlər hər 10.000 ildə bir dəfə Günəş ətrafında tam fırlanan planetin var olması haqqında daha dəqiq sübutlar əldə etməlidirlər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər