main-post-cover

    46 yaşına kimi Elon Musk milyardlarla dəyəri olan 4 şirkəti necə yaratdı? Onun sirri nədədir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Elon Musk, günümüzün görkəmli dahisi və eruditidir (müxtəlif sahələrdə bilikləri olan şəxs). Unikal öyrənmək praktikası sayəsində o, bir çox uğurlara imza atdı. Necə mümkündür ki, Elon Musk, 46 yaşına kimi müxtəlif sahələrdə (proqram təminatı, energetika, nəqliyyat və aerokosmos) milyardlarla dollar dəyərində 4 şirkət qurdu? Bir çoxları bu uğuru, onun çox çalışması  və gələcəyə qeyri-adi baxışı ilə əlaqələndirir. Belə ki, Elon Musk həftədə demək olar ki, 85 saat çalışır. Lakin mənə elə gəlir ki, bunlar yetərli səbəblər deyil. Bir çox insanlar bu xüsusiyyətlərə sahibdir. Mənim bilmək istədiyim isə Elon Musk-ın, nəyi qeyri-adi şəkildə etməsidir. Elon Musk haqqında məqalələr, kitablar oxuyanda və videolar izlədikdə, mən vacib elementin yoxluğuna fikir verdim. Adətən hesab edilir ki, əgər siz dünya şöhrətli mütəxəssis olmaq istəyirsinizsə, onda siz bir sahədə fikrinizi cəmləşdirməlisiniz. Musk isə bu qaydanı tamamilə məhv edir. O, raketqayırma, mühəndislik və fizika üzrə mütəxəssis olmaqla yanaşı həmçinin süni zəka və günəş enerjisi barədə də məlumatlara sahibdir. Elon Musk bir növ erudit mütəxəssisdir. Bu cür insanlar müxtəlif sahələri müşahidə edərək onları birləşdirən özəllikləri tapıb həmin özəllikləri öz işlərində istifadə edirlər. Musk-ın həyatı barəsində və təlim ilə erudisiya üzrə akademik ədəbiyyat barədə apardığım araşdırmalardan mən belə bir qənaətə gəldim ki, əgər biz uğur qazanmaq üçün şanslarımızı artırmaq istəyiriksə, onda biz hamımız müxtəlif sahələri öyrənməliyik. Əgər siz müxtəlif sahələr haqqında bilik əldə etməyi sevirsinizsə, onda növbəti cümlələri də eşitmiş olarsınız:
    "Böyü artıq. Diqqətini bir şeyə yönəlt”.
    "Müxtəlif sahələrdə mütəxəssis, lakin heç birində usta olmayan”.
    Bu fikirlər əgər siz müxtəlif sahələrdə biliklər əldə etdiyiniz təqdirdə yalnız səthi məlumatlara sahib olduğunuz və heç vaxt bu və ya digər sahədə mütəxəssis ola bilməyəcəyiniz fərziyyəsinə əsaslanır. Lakin erudit mütəxəssislər bu nəzəriyyəni alt-üst edirlər. Müxtəlif sahələrdə olan təlimlər, informasiya üstünlüyünü verir. Belə ki, bir çox insanlar yalnız bir sahədə diqqətlərini cəmləyirlər. Məsələn siz texnologiyalarla məşğul olursunuz və sizin bütün həmkarlarınız texnoloji məqalələri oxuyurlar. Lakin bununla yanaşı siz həmçinin biologiya üzrə də mütəxəssissiniz. Məhz buna görə siz elə bir şey fikirləşə bilərsiniz ki, həmin fikirləşdiyiniz, digər insanların ağıllarına belə gəlməyəcək. Buna baxmayaraq çox az adam, onlara aid olmayan sahələri öyrənir. Sizin əsas sahənizdə olan digər mütəxəssislərə məlum olmayan öyrənilmiş yeni biliklər, həmin bilikləri bir araya gətirmək imkanını verir. Erudit mütəxəssisin də əsas üstünlüyü bundadır. "Gənc yaşlardan Musk, gün ərzində müxtəlif sahələri əhatə edən iki kitab oxuyurdu” – deyə Elon Musk-ın qardaşı Kimbal Musk bildirib. Yəni əgər siz ay ərzində bir kitab oxuyursunuzsa, Musk sizdən 60 dəfə daha çox kitab oxuyur. İlk öncə Musk, elmi-fantastik, fəlsəfi, dini, proqramlaşdırmaya aid kitablar  və alimlər, mühəndislər və sahibkarlar haqqında bioqrafiyalar oxuyurdu. Böyüyəndə isə o, fizika, mühəndislik, məhsulun hazırlanması, biznes, texnologiyalar və energetika ilə maraqlanmağa başladı. Biliklərə yiyələnmək həvəsi ona, məktəbdə əldə olunmayan məlumatları verdi. Bundan əlavə olaraq Elon Musk, digərlərinin güman etmədikləri daha bir özəlliyi də öyrəndi. Söhbət, bacarıqların köçürülməsindən gedir. Bacarıqların köçürülməsi, bir sahədəki biliklərin digər sahədə istifadə edilməsinə imkan verir. Bacarıqların köçürülməsi, məktəbdə əldə olunmuş və ya hansısa kitabdan götürülmüş biliyin real həyatda istifadə edilməsidir. Bu məsələdə Elon Musk əsl mütəxəssisdir. Ondan alınmış müsahibələrə əsasən o, bu özəlliyə yiyələnmək üçün iki prinsipə əsaslanıb.
    1. O, bilikləri əsas prinsiplərə ayırır:
    "Vacib olan, bilikləri, semantik ağac kimi (hansısa obyekt (proses və ya hadisə) insan tərəfindən o dərəcədə dərk edilir ki, insan hansısa tapşırığı həll etmək və ya problemi aradan qaldırmaq üçün həmin obyektdən aktiv şəkildə istifadə edir) görməkdir. Detallara (yarpaqlar) keçid etmədən öncə əmin olun ki, siz fundamental prinsipləri (gövdə və böyük budaqlar) anlayırsınız. Əks halda siz heç nəyə əsaslana bilməyəcəksiniz” –deyə Elon Musk bildirib. Tədqiqatlardan birinə əsasən biliklərin abstrakt prinsiplərə çevrilməsi, bacarıqların köçürülməsinə kömək edir. Digər bir üsul isə intuitiv səviyyədə fundamental prinsipləri başa düşməyi, insanlara kömək edir. Bu üsul, fərq axtarışı adlanır. Sözügedən üsul bu cür işləyir: Fərz edək ki, siz "A” hərfini, "A” hərfi edən xüsusiyyətləri anlamaq üçün həmin hərfi paylaşdırmaq istəyirsiniz. Bu halda iki varianta nəzər salaq.
    Hansı variant daha effektivdir?
    Birinci variant: Birinci variantda olan hər bir "A” hərfi daha çox məlumat verir. Belə ki, oxşarlıq ilə fərqliliyi anlamaq mümkün olur. İkinci variantda isə bir biri ilə eyni olan "A” hərfi bu cür məlumatı vermir. Əgər biz təlim zamanı müxtəlif variantları müşahidə etsək, onda intuitiv səviyyədə hansı biliklərin daha lazım olduğunu anlayacağıq və əldə olunmuş məlumatları birləşdirmək bacarığına sahib olacağıq. Real həyatda biz bundan necə istifadə edə bilərik? Əgər siz nəsə yeni bir şeyi öyrənməyə başlamısınızsa, onda diqqətinizi bir üsula yönəltməyin. Müxtəlif nöqteyi nəzərləri incələyin, onları müşahidə edin və onları qarşılaşdıraraq aralarındakı fərqi tapın. Beləliklə siz fundamental prinsiplərə çıxış əldə edəcəksiniz.
    2. O, əldə olunmuş prinsipləri yeni sahədə bərpa edir:
    İkinci addım, Musk-ın süni zəka, texnologiya, fizika və mühəndislik sahəsini öyrəndiyi zaman əldə etdiyi fundamental prinsipləri, yeni sahədə bərpa etməsini özündə birləşdirir.
    Aerokosmik sahəsində fundamental prinsiplərin tətbiq edilməsi nəticəsində "SpaceX”in yaradılması
    Maşınqayırma sahəsində fundamental prinsiplərin tətbiq edilməsi nəticəsində "Tesla”nın yaradılması
    Aviasiya sahəsində fundamental prinsiplərin tətbiq edilməsi nəticəsində şaquli eniş və qalxış reallaşdıran elektrikli təyyarələrin yaradılması
    Texnologiya sahəsində fundamental prinsiplərin tətbiq edilməsi nəticəsində insanın koqnitiv xüsusiyyətlərini üst səviyyəyə qaldıran neyron cihazlarının yaradılması
     Texnologiya sahəsində fundamental prinsiplərin tətbiqi nəticəsində "PayPal"ın yaradılması
    Texnologiya sahəsində fundamental prinsiplərin tətbiqi nəticəsində "OpenAI" şirkətinin yaradılması.
    Psixologiya üzrə görkəmli professor Keith Holyoak, insanlara, özlərinə iki sualı verməyi məsləhət görür. "Bu mənə nəyi xatırladır?” və "Nəyə görə bu mənə onu xatırladır?”. Ətrafınızdakı olan obyektləri mütəmadi olaraq müşahidə edən və özünüzə suallar verən zaman sizin beyin əzələləriniz məşq edir. Beləliklə siz digərlərinin görmədikləri əlaqələri görmüş olursunuz. Bir sözlə bu bir möcüzə deyil, sadəcə olaraq düzgün təlim üsuludur. İndi biz başa düşürük ki, Elon Musk, erudit mütəxəssis səviyyəsinə necə qalxıb.
    Gənc yaşlarda o, hər bir kitab oxumağı sevən şəxsdən 60 dəfə daha çox kitab oxuyurdu
    O, müxtəlif sahələri əhatə edən kitablar oxuyurdu
    O, ideyaları müşahidə edərək onları fundamental prinsiplərə ayırıb yenidən bərpa edərək onları həmişə tətbiq edirdi.
    Elon Musk-ın bu hekayəsi onu göstərir ki, bir sahə üzrə ixtisaslaşma, böyük uğura aparan yeganə üsul deyil. Məşhur erudit mütəxəssis Richard Buckminster Fuller vaxtı ikən bizim hamımızın haqqında düşünməli olduğumuz düşüncə dəyişimi haqqında danışmışdı. Baxmayaraq ki, o öz fikrini uzun illər bundan öncə söyləmişdir, o indiki vaxta qədər aktual olaraq qalır. "Biz, dar ixtisaslaşmanın məntiqi, təbii və arzu olunan qəbul olunmuş bir əsrdə yaşayırıq. Məhz buna görə insanlıq hərtərəfli başa düşülmədən məhrum olub. İxtisaslaşma insanlarda təcrid, faydasızlıq və utanclıq xüsusiyyətlərini yaratdı. O həmçinin ona gətirib çıxartdı ki, insan düşünmə məsuliyyətini və ictimai fəaliyyəti digərlərinə ötürməyə başladı. İxtisaslaşma, yığılacağı təqdirdə beynəlxalq və ideoloji çəkişmələrə və hətta müharibəyə gətirib çıxara biləcək qarışıq hislər yaradır” – deyə Richard Buckminster Fuller bildirmişdi. Əgər biz müxtəlif sahələrdəki əsas biliklərin öyrənilməsinə zaman ayırsaq və əldə olunmuş məlumatları real həyatda tətbiq etsək, onda bir sahədən digərinə keçid etmək daha azad və anlaşıqlı şəkildə baş verəcək. O vaxt ki, insan əsas prinsiplər üçün bir saxlanma yeri yaradacaq və onları müxtəlif sahələrdə tətbiq etməyi öyrənəcək, onda o özünə əvvəllər məlum olmayan sahəyə keçid edərək həmin sahəyə öz töhfəsini verəcək. Elon Musk-ın təlim barəsində olan unikal bacarığının başa düşülməsi onun, 100 illər boyunca varolan sahələrə necə keçid edərək həmin sahələrin inkişaf təməllərini dəyişməsini anlamağa kömək etdi.
     
    Məqalə bu saytdan götürülüb və tərcümə olunmuşdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər