3D printer sayəsində 24 saata yaşayış evi çap edən startap
Digər
07.05.2017
Farid Pardashunas
Əgər siz yeni evə köçmək istəyirsinizsə, lakin xoşunuza gələn variant tapa bilmirsinizə, onda kefinizi pozmayın.
Belə ki, yaxın zamanda bəlkədə siz öz evinizi sadəcə olaraq
çap etdirə biləcəksiniz. Apis Cor adlı startap, hazırlaedığı nəhəng 3D printer vasitəsilə rekord müddət ərzində sizin üçün ev yarada bilər. Sözügedən startap
bir növ yeni ev tikilməsinin daha asan və rahat üsulunu təklif edir. Belə ki,
startapın yaratdığı texnologiya, 24 saat ərzində kiçik bir ev üçün beton
divarlar çap edə bilir. Bir neçə müddət bundan öncə Apis Cor, Rusiyada öz nəhəng
3D printerini sınaqdan keçirtmişdi. 3D printerdən daha çox adi tikinti kranını
xatırladan cihaz, lay-lay beton tərkibindən ev düzəldir. Məlumata əsasən bu cür
ev, 175 il dözə bilər. Divarların çapından sonra printer onları bərkidir daha
sonra isə adi ustalar lazımi komponentləri evə əlavə edirlər. Məlumata əsasən
bu cür evin tikilməsi və lazimi avadanlıqlarla təchiz olunması, 10.000$ başa gəlir.
Bu cür evlər, təbii fəlakətlər olmuş yerlərdə tez bir zamanda insanları
sığınacaq ilə təmin etmək üçün əlverişli variantdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)