main-post-cover

    39 dollara 3 gün enerji saxlayan ağıllı telefon - BLU Energy JR

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Mayami mərkəzli istehsalçı BLU, yeni və bir o qədər də qəribə bir ağıllı telefon istehsal edib.
    Energy JR adı verilən bu telefon çox maraqlı detallara sahibdir. Firma ötən gün qiyməti və detalları ilə bütün dünyanın diqqətini cəlb edən yeni ağıllı telefonu təqdim etdi. Normal istifadə zamanı 72 saat (3 gün) enerji saxlamağı bacaran bu telefonun texniki göstəricilərinə pis demək olmaz.

    -4-inç, 480 x 800 piksel ekran, 
    -512 MB daxili yaddaş, 256 MB RAM,
    -4 nüvəli MediaTek MT6571,
    -Android 4.4 KitKat əməliyyat sistemi,
    -VGA ön kamera, LED fləşli 3.2 MP arxa kamera,
    -3000 mAh batareya

    Parametrlərinə görə bizi 2013-cü ilə qaytarsada hədəf kütlə olaraq şirkət üst səviyyə telefon istifadə edən insanları maraqlandırmır. Bu telefon smartfonla çox işi olmayan və multimedia özəlliklərindən az istifadə edən insanlar üçündür. Amazonda indidən satışa çıxan bu modelin qiyməti isə cəmi 39 dollardır.
    Telefonu almaq üçün daxil olun.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər