main-post-cover

    304$ dollara ekranı 360 dərəcə qatlanan və touchscreen notebook. (Asus Transformer Book )

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Aşağı büdcəli, gündəlik təlabatınızı ödəyəcək və diqqətləri özünə cəlb edən bir notebook axtarırsınızsa Asus Transformer Book Flip'ə mütləq nəzər salmalısınız.

    Bu məqaləmizdə Asusun Transformer Book Flip TP200SA modelini araşdıracağıq. Baxaq görək Asus bu cür aşağı büdcəyə belə bir notebookla bizə hansı imkanları təqdim edir.
    Texniki göstəricilərinə keçməzdən əvvəl sözügedən notebooku digərlərindən fərqləndirən əlamətləri sadalamaq faydalı olardı. Standart notebooklardan fərqli olaraq Asus Transformer Book'un qapağı 360 dərcə fırlana bilir. Ani bir hərəkətlə notebooku planşet formasına salmaq olduqca asandır. Belə bir vəziyyətdə ekranı idarə etmək üçün touchscreen'ə ehtiyac yaranır. Təbii ki, bu nüansda Asus'un diqqətindən yayınmayıb. Transformes book, touchsreen ekrana malikdir. A4 kağızından da balaca olan 1.2 kg çəkiyə sahib bu notebook'un ekranı multitouch funksiyasına sahibdir.

    Type-c, USB 3.0, USB 2.0, Micro HDMI, Micro SD giriş və çıxış portlarına sahib olan bu notebook öz ağıllı touchpadi ilə də fərqlənir. 8 saata qədər enerji saxlayan batareya ilə Asus sizin gündəlik ofis işlərinizi səyahətdə olan zaman optimal idarəetmə imkanı yaradacaq. Lisenziyalı Windows 10 ilə satışa çıxan bu model aşağı büdcəli notebook axtaran istifadəçilərin ideal seçimi ola bilər.
    Texniki göstəricilərinə gəldikdə isə Asus Transformer Book Flip TP200SA modelində 2 GB RAM32 GB-lıq SSD disk yer almaqdadır. İntel Celeron 1.6 GHZ sürətə sahib prosessordan güc alan bu notebookun ekranı 11.5 inç Touch-Flip'dir. Wi-fi, Bluetooth və web kameranın da yer aldığı bu notebookun qiyməti cəmi 304 dollardır. Ucuz qiymetə baxmayaraq rəqiblərindən fərqli olaraq Asus ənənəsinə sadiq qalaraq bu modeldə də IPS ekrandan istifadə edib. Belə ki, Asus Transformer Booka rəqib olan digər aşağı büdcəli notebooklarda olduqca zəif TN ekran istifadə olunur. Bundan əlavə ekranda Asus Truvivid görüntü texnologiyasından istifadə olunduğu üçün işıqlı ərazilərdə belə ekrandakı canlı rəngləri rahat ayırd etmək mümkündür.

    İncə dizayn, cazibədar görünüş, touch-screen ekran, uzun ömürlü batareya ilə gündəlik işlərinizi idarə etmək, internet, sosial hesabların idarə olunması və ən əsası lisenziyalı əməliyyat sistemini istifadə etmək istəyənlər seçimlərini Asus Transformers Bookdan yana etmələridir.
    Sözü gedən modeli bu linkə daxil olaraq From.ae saytı vasitəsilə Azərbaycana dərhal sifariş edə bilərsiniz.

     Prosessor İntel 2 nüvəli Celeron N3050
     Əməliyyat Sistemi Windows 10 64 bit
     Ekran 11.6 düyüm, arxadan işıqlandırma LED, Ultra Slim 200nits, Touch, IPS
     Kamera VGA Kamera
     RAM, daxili yaddaş 2 GB RAM, 32 GB SSD
     Wireless 802.11ac+Bluetooth 4.1 (Dual Band)
     Bağlantılar1x USB 2.01x USB 3.0
    1x USB3.1 Type C (gen 1)
    Qulaqlıq / Mikrofon girişi)
    Mikro-HDMI
    microSD kart oxuyucu
    Daxili mikrofon
    Daxili səs gücləndirici
     
     
     
     
     
     

     
     
     Batareya
    8 saate qədər 38WHrs, 2S1P, 2-cell Li-ion  Polymer
     Rəng Kristal Gümüş
     Ölçü

    297 x 201 x 18,45mm



     

     

     
     
     
     
     
     
     
     
     
     
    Linki kopyala