main-post-cover

    Son dəqiqə! WhatsApp komputerlər üçün təqdim olundu.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Keçən həftə xəbər verdiyimiz kimi WhatsApp komputerlər üçün tətbiq üzərində çalışırdı. Dəstəklədiyi cihazları artırmaq qərarına gələn WhatsApp nəhayət ki, WindowsMac üçün tətbiqlərini yayımladı.

    Demək olar ki, hər bi ağıllı telefonda öz yerini tutan WhatsApp android, ios və web platformalarının ardından Windows və Mac əməliyyat sistemləri üçün də təqdim olundu. Windows 8 və Mac OS X 10.9 əməliyyat sistemləri və üzəri sistemlərdə çalışan tətbiqin əsas məqsədi komputer vasitəsilə WhatsApp'dan istifadəyə şəarait yaratmaqdır.



    Komputerlər üçün WhatsApp necə yüklənilir?

    Quraşdırılması olduqca sadə olan bu tətbiqi komputerinizə yüklədikdən sonra eynən WhatsApp Web'dəki kimi, ekrana çıxan QR kodu oxutmaqla istifadə edilir. Telefonununzada settings bölməsindən WhatsApp'a web'ə daxil olaraq ekranda olan QR kodu oxudaraq əməliyyatı sonlandıra bilərsiniz. Lakin istifadəçilər üçün çox vacib və lazımlı olan bir nüans WhatsApp tərəfindən nəzərə alınmayıb. Belə ki, yenə də ənənəvi olaraq WhatsApp'ı komputerdə istifadə etmək üçün sizin telefonda "mobil data" açıq olmalı yaxud Wifi şəbəkəsinə telefonunuz bağlı olmalıdır.

    Windows üçün yükləmə linki:  buradan
    Mac üçün yükləmə linki: buradan

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər