main-post-cover

    1 milyon dollara domen satılır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Dünən yəni, 1 Dekabr tarixində EX.UA adlı fayl mübadiləsi saytı öz işini dayandırdı.

    Saytın əsas səhifəsində isə sayt domeninin satılması barəsində məlumat yerləşdirildi. Domenin qiyməti 1 milyon dollar təşkil edir. Saytın rəhbərliyi söz verir ki, satışdan əldə olunacaq bütün vəsait uşaqların əməliyyatları üçün nəzərdə tutulacaq. Saytda olan məlumata görə sayt sahibləri öz sözlərini tutduqları üçün domeni satışa çıxardıblar. Yəni onlar serverləri xaricə köçürtməyəcəklər və öz layihələrini bir dəfəlik bağlayacaqlar. Qeyd olunmuş domen qiyməti təbii ki, yüksəkdir. Çox güman ki, bu cür qərar, rəqiblərin, adı ala bilməmələri üçün qəbul edilib. Saytın əsl qiyməti 80.000-100.000$ civarındadır. Əgər bu domeni kimsə alsa onda sözün əsl mənasında uşaqlara yardım etmiş olacaq. Həmçinin qeyd olunub ki, domenin alınmasından əldə olunacaq vəsaitin idarəsi ilə məşhur beynəlxalq auditor şirkəti məşğul olacaq. EX.UA nümayəndələri bildiriblər ki, yaxın zamanda özlərinin yeni bağlı platformalarını təqdim edəcəklər. Yeni layihələri barəsində məlumatların bu ay təqdim olunacağı gözlənilir.
    Linki kopyala