main-post-cover

    Elon Musk-ın xAI şirkəti 6 milyard dollar investisiya əldə etməyə hazırlaşır

    Tech-Biznes
    29.04.2024
    Brilyant Rasulova
         Elon Musk-ın süni zəka sahəsində fəaliyyət göstərən xAI startapı 6 milyard dollar investisiyanın cəlb edilməsi üçün investorlarla razılığa gəlib. Nəticədə startapın bazar dəyəri 18 milyard dollara yüksələcək. Techcrunch saytının vermiş olduğu məlumata əsasən startap ilk əvvəl 3 milyard dollar investisiyanın cəlb olunmasını planlaşdırırdı. Bu halda onun bazar dəyəri 15 milyard dollara yüksələcəkdi. Lakin investorlar tərəfindən olmuş yüksək tələbat səbəbilə xAI rəsmiləri investisiya şərtlərini dəyişərək daha geniş həcmdə investisiyanın əldə edilməsinə razılaşdılar.
         İnvestisiya raundunda Sequoia Capital ilə Future Ventures vençur fondları və Valor Equity Partners ilə Gigafund investisiya şirkətləri iştirak edəcəklər. Musk-ın süni zəka startapına investisiya yatırmağı planlaşdıranların əksəriyyəti onun ünsiyyət dairəsinə daxil olan tanışlarıdır. Məsələn, Future Ventures vençur fondu Musk-ın dostu Steve Jurvetson tərəfindən təsis edilib. O hal-hazırda SpaceX-in direktorlar şurasının üzvüdür və daha öncə hətta Tesla şirkətinin də direktorlar şurasına daxil idi.
         Gigafund investisiya şirkətindən olan Luke Nosek öz növbəsində SpaceX-in ilk investoru olub və Steve Jurvetson kimi o da şirkətin direktorlar şurasının üzvüdür. Valor Equity Partners investisiya şirkətindən olan Antonio Gracias isə Tesla-nın ilk investorlarından biri olub. O da SpaceX-in direktorlar şurasının üzvüdür. Məlumata əsasən xAI startapının potensial investorları artıq Musk ilə görüşüblər. Əgər danışıqlar uğurlu keçsə, 6 milyard dollar həcmində investisiyanın cəlb edilməsi müqaviləsi yaxın həftələr ərzində bağlanacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bir qadın, üzünü dəyişdirərək özünü Elon Musk kimi tanıdan şəxs tərəfindən aldadılıb!
    bir-qadin-uzunu-deyisdirerek-ozunu-elon-musk-kimi-tanidan-sexs-terefinden-aldadilib
    Yeni istifadəçilər X-də (keçmiş Twitter) paylaşım etmək üçün ödəniş etməli olacaqlar
    yeni-istifadeciler-x-de-kecmis-twitter-paylasim-etmek-ucun-odenis-etmeli-olacaqlar
    Elon Musk Tesla-nın pilotsuz taksisinin təqdimatını elan edib
    elon-musk-tesla-nin-pilotsuz-taksisinin-teqdimatini-elan-edib
    Tesla büdcəli elektromobil istehsalı ideyasından imtina edib
    tesla-budceli-elektromobil-istehsali-ideyasindan-imtina-edib
    Elon Musk süni zəkanın insanlara qarşı çıxması ehtimalının nə qədər yüksək olduğunu səsləndirib
    elon-musk-suni-zekanin-insanlara-qarsi-cixmasi-ehtimalinin-ne-qeder-yuksek-oldugunu-seslendirib