main-post-cover

    Google Play Market-da eyni anda bir neçə tətbiqin yüklənməsi funksiyası istifadəyə verilir

    Proqram Təminatı
    29.04.2024
    Brilyant Rasulova
         Bir neçə il ərzində olmuş testlərdən sonra Google şirkəti eyni anda bir neçə tətbiqin yüklənməsi və quraşdırılması funksiyasını özünün Play Market platformasına inteqrasiya edir. Android istifadəçilərini rahatladacaq bu yenilənmə bir neçə tətbiqin cihaza sıra ilə deyil eyni anda birdən yüklənməsini təmin edəcək. Bu funksiyanı test etmək üçün istifadəçi sadəcə olaraq bir neçə tətbiqi eyni zamanda yüklənməyə qoymalıdır. Bu halda istifadəçi görəcək ki, tətbiqlər sıra ilə deyil eyni anda yüklənir və cihaza quraşdırılır. Lakin bu yeni funksiyada bir məhdudiyyət var. Belə ki, eyni anda yalnız iki tətbiqi yükləmək olar.
         Əgər istifadəçi eyni anda yükləmə üçün üç ədəd tətbiq seçsə, seçilmiş üçüncü tətbiq yükləmə prosesində olan digər iki tətbiqdən birinin yüklənib bitməsini gözləyəcək. Tətbiqlərdən birinin yüklənmə prosesi başa çatdıqdan sonra isə üçüncü tətbiqin yüklənməsinə start veriləcək. Qeyd etmək lazımdır ki, Google Play Market-dən fərqli olaraq Apple şirkətinin App Store platforması eyni anda üç ədəd tətbiqin yüklənməsini mümkün edir. Hər halda Google üçün bu da böyük bir addım hesab edilir. Qeyd etmək lazımdır ki, Google Play Market-in bu yeni imkanı ilk növbədə Android 14 vasitəsilə çalışan Google Pixel smartfonlarında aktiv olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google şirkətinin adı bilinməyən yeni smart saatı sertifikatlaşdırılıb
    google-sirketinin-adi-bilinmeyen-yeni-smart-saati-sertifikatlasdirilib
    Süni intellekt artıq Google-da axtarış nəticələrini cavablayacaq!
    suni-intellekt-artiq-google-da-axtaris-neticelerini-cavablayacaq
    Google Pixel 9 Pro-nun real fotoları təqdim edilib
    google-pixel-9-pro-nun-real-fotolari-teqdim-edilib
    Pixel Buds Pro 2 naqilsiz qulaqlığı sertifikatlaşdırmadan keçib
    pixel-buds-pro-2-naqilsiz-qulaqligi-sertifikatlasdirmadan-kecib
    Google Android 15-ə NFC üzərindən şarj funksiyasını əlavə edəcək
    google-android-15-e-nfc-uzerinden-sarj-funksiyasini-elave-edecek