main-post-cover

    Xiaomi 4 smartfonunun dəstəyini rəsmi şəkildə dayandırıb

    Cihazlar+
    29.04.2024
    Brilyant Rasulova
         Xiaomi şirkəti özünün EoS (End of Support) siyahısını yeniləyib. Qeyd etmək lazımdır ki, bu siyahıya dəstəkləri rəsmi şəkildə dayandırılmış smartfonlar daxil olurlar. Bu dəfə Xiaomi bu siyahıya 4 smartfonunu əlavə edib. Siyahıya əlavə edilmiş smartfonlar bundan sonra HyperOS/Android və təhlükəsizlik yenilənmələrini əldə etməyəcəklər. Beləliklə Xiaomi-nin bu ay dəstəklərini dayandırdığı smartfonlar aşağıdakılardır.
    - POCO X3 Pro
    - Xiaomi Mi 11 Lite (4G versiyası)
    - Xiaomi Mix Fold
    - Redmi Note 10 Pro.
         Qeyd etmək lazımdır ki, Redmi Note 10 Pro üçün istifadəyə verilmiş son sistem yenilənməsi Android 13 əsaslı MIUI 14 oldu. POCO X3 Pro və Xiaomi Mi 11 Lite modelləri HyperOS-i əldə etməmişdilər və bundan sonra da əldə etməyəcəklər. Qatlana bilən Xiaomi Mix Fold smartfonuna gəldikdə isə o, Android 13 əsaslı HyperOS əsasında çalışır.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi K70 Ultra-nın bəzi flaqman özəllikləri açıqlanıb
    redmi-k70-ultra-nin-bezi-flaqman-ozellikleri-aciqlanib
    Redmi A27Q 2025 adlı yeni büdcəli monitor təqdim edilib - QİYMƏTİ
    redmi-a27q-2025-adli-yeni-budceli-monitor-teqdim-edilib-qiymeti
    Redmi Buds 5A naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    redmi-buds-5a-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Snapdragon 8 Gen 4-ü ilk əldə edəcək smartfonların brendləri açıqlanıb
    snapdragon-8-gen-4-u-ilk-elde-edecek-smartfonlarin-brendleri-aciqlanib
    İnsayderlər POCO F6 subflaqman smartfonunun texniki imkanlarını açıqlayıblar
    insayderler-poco-f6-subflaqman-smartfonunun-texniki-imkanlarini-aciqlayiblar