main-post-cover

    Vivo X100s smartfonu AnTuTu və Geekbench bençmarklarında testlərdən keçib

    Cihazlar+
    29.04.2024
    Brilyant Rasulova
         Təqdimata hazırlaşan vivo X100s smartfonunun keçən həftə fotoları ortaya çıxmışdı. İndi isə sözügedən smartfon AnTuTu Geekbench bençmarklarının testlərindən keçib. Adları sadalanmış bençmarklarda smartfon yüksək nəticələr sərgiləyib. Beləliklə təqdim olunmuş fotolardan birində də görmək olar ki, vivo X100s smartfonu AnTuTu-da 2 305 267 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki adi vivo X100 modeli AnTuTu-da ümumilikdə 2.04 milyon xal toplayır.
         Geekbench testlərinə gəldikdə isə smartfon bir nüvəli test çərçivəsində 2313 xal, çox nüvəli test çərçivəsində isə 7743 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi vivo X100 modeli Geekbench-in bir nüvəli testi çərçivəsində 2205 xal, çox nüvəli testi çərçivəsində isə 7351 xal toplayır. Gözləntilərə əsasən vivo X100s smartfonu MediaTek Dimensity 9300 Plus prosessoru ilə təchiz olunacaq və digər texniki özəlliklər baxımından adi vivo X100-ü təkrarlayacaq. Vivo X100s-in artıq gələn ay təqdim olunacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Çinin smartfon bazarının liderinə çevrilib
    honor-cinin-smartfon-bazarinin-liderine-cevrilib
    Vivo X100s smartfonunun fotoları ortaya çıxıb
    vivo-x100s-smartfonunun-fotolari-ortaya-cixib
    Vivo V30e 5G-nin təqdimatı anons edilib
    vivo-v30e-5g-nin-teqdimati-anons-edilib
    Vivo V30e 5G-nin render fotoları və texniki göstəriciləri təqdim edilib
    vivo-v30e-5g-nin-render-fotolari-ve-texniki-gostericileri-teqdim-edilib
    Büdcəli vivo T3x 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-vivo-t3x-5g-smartfonu-teqdim-edilib-qiymeti