main-post-cover

    Samsung Galaxy S25 Ultra-nın batareyası gözlənilən kimi olmaya bilər!

    Cihazlar+
    29.04.2024
    Chinara Pardashunas

         Samsung markası bir neçə nəsildir ki, flaqman smartfonlarının batareyası haqqında çox da dəyişiklik etməyib. Bu xoşagəlməz ənənənin Galaxy S25 Ultra modelində də davam edəcəyi gözlənilir.

         Samsung-un Galaxy S24 Ultra ilə əsasən avtomobillərdə gördüyümüz üst-üstə yığılmış batareya texnologiyasına keçəcəyi və modelin tutumunu artıracağı vaxtı ilə gündəmə gətirilmişdi. Təəssüf ki, açıqlanmayan səbəblərə görə, bu texnologiyaya üstünlük verilmədi və ehtimallara əsasən bunun xərclərlə bağlı olduğu bildirilir. İndi, iki fərqli mənbənin iddiasına görə, eyni səbəbdən Galaxy S25 Ultra-nın batareya tutumunda və sürətli şarj xüsusiyyətlərində heç bir dəyişiklik olmayacağı gözlənilir.
         Buna görə də, Galaxy S25 Ultra modelində 5000 mAh batareya və 45W sürətli şarj xüsusiyyətlərini görmək sürpriz olmaya bilər. Şirkətin Galaxy S25 seriyasında Snapdragon 8 Gen 4 və Exynos 2500 çiplərindən istifadə edəcəyi gözlənilir. Hazırki nəsildə Cənubi Koreya nəhəngi Galaxy S24 Ultra-da yalnız Snapdragon 8 Gen 3 prosessoruna yer vermişdi. Beləliklə, gələcəkdə təqdim olacaq Galaxy S25 Ultra üçün yalnız Snapdragon 8 Gen 4 prosessorundan istifadə ediləciyini görə bilərik.
         Digər tərəfdən, bir Qualcomm idarəçisi, xüsusi Orion nüvələri sayəsində Snapdragon 8 Gen 4-ün, Snapdragon 8 Gen 3-dən daha bahalı olacağını bildirmişdi. Snapdragon 8 Gen 3-ün 200 dollara başa gəldiyini nəzərə alsaq, Samsung şirkəti imkan daxilində marjinalları optimallaşdırmalı olacaq. Bu optimallaşdırma batareya tərəfində də ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 smartfonlarının hazırlanmasında tonlarla təkrar emal edilmiş materiallardan istifadə edilib
    samsung-galaxy-s24-smartfonlarinin-hazirlanmasinda-tonlarla-tekrar-emal-edilmis-materiallardan-istifade-edilib
    Snapdragon 8 Gen 4-ü ilk əldə edəcək smartfonların brendləri açıqlanıb
    snapdragon-8-gen-4-u-ilk-elde-edecek-smartfonlarin-brendleri-aciqlanib
    Exynos 2500 prosessoru Snapdragon 8 Gen 4-dən daha az enerji sərfiyyatına sahib olacaq
    exynos-2500-prosessoru-snapdragon-8-gen-4-den-daha-az-enerji-serfiyyatina-sahib-olacaq
    Snapdragon 8 Gen 4 prosessoru smartfonların daha böyük həcmli batareyalar əldə etmələrinə səbəb ola bilər
    snapdragon-8-gen-4-prosessoru-smartfonlarin-daha-boyuk-hecmli-batareyalar-elde-etmelerine-sebeb-ola-biler
    Samsung Galaxy S25 smartfonlarında iki fərqli prosessor istifadə ediləcək
    samsung-galaxy-s25-smartfonlarinda-iki-ferqli-prosessor-istifade-edilecek