main-post-cover

    Yeni troyan virusu milyonlarla Android istifadəçisinin bank məlumatlarını oğurlaya bilər

    Təhlükəsizlik
    29.04.2024
    Brilyant Rasulova
         Milyonlarla Android istifadəçisi dələduzluq məqsədlərində saxta Google Chrome yenilənmələrindən istifadə edən yeni zərərli proqram təminatı barəsində xəbərdarlıq ediblər. Brokewell adı ilə tanınan troyan (trojan) tipli yeni zərərli proqram təminatı istifadəçilərin məlumatlarını oğurlaya və hətta onların bank tətbiqlərinə girişi əldə edə bilər. Niderlandın ThreatFabric adlı təhlükəsizlik şirkətinin sözlərinə əsasən Brokewell bank təhlükəsizliyi üçün ciddi problemdir. Belə ki, o, hakerlərə istifadəçinin mobil bankinq və digər aktivlərinə distant şəkildə çıxışı əldə etmək imkanını verir. Zərərli proqram təminatı Google Chrome yenilənməsi kimi maskalanır və bu üsulla özünü yenilənmə üçün nəzərdə tutulmuş legitim sorğu kimi qələmə verir.
         Bu istiqamətdə o həmçinin oxşar vizual dizayndan da istifadə edir. Smartfona quraşdırılandan sonra Brokewell müxtəlif tətbiqlərə giriş məlumatlarını, cookie fayllarını yığmağa başlayır. Bundan əlavə olaraq bu zərərli proqram təminatı istifadəçinin icazəsinə ehtiyac duymadan maliyyə tranzaksiyalarını yerinə yetirə bilər. ThreatFabric şirkətinin sözlərinə əsasən bu yeni zərərli proqram təminatı daha öncə məlum olmayan zərərli proqram təminatları sinifinə daxildir və o, mütəmadi şəkildə yenilənir. Android istifadəçilərinə yenilənmələrin və ya yeni tətbiqlərin yüklənmələri mövzusunda diqqətli olmaq məsləhət görülür. Bundan əlavə olaraq istənilən şübhəli mesajlara və bildirişlərə diqqətlə yanaşmaq lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Tanışlıq tətbiqlərinin 80%-i konfidensiallıq siyasətinə riayət etmir
    tanisliq-tetbiqlerinin-80-i-konfidensialliq-siyasetine-riayet-etmir
    Hakerlər istifadəçilərin çat-botlarla olan mesajlarını əldə edə bilərlər
    hakerler-istifadecilerin-cat-botlarla-olan-mesajlarini-elde-ede-bilerler
    Gamerlərə hədəflənmiş yeni dələduzluq sxemi aşkar edilib
    gamerlere-hedeflenmis-yeni-deleduzluq-sxemi-askar-edilib
    Barmaq izlərinin səs vasitəsilə oğurlanması üsulu yaradılıb
    barmaq-izlerinin-ses-vasitesile-ogurlanmasi-usulu-yaradilib
    Hakerlər kiberhücumların təkmilləşdirilməsində böyük dil modellərindən istifadə etməyə başlayıblar
    hakerler-kiberhucumlarin-tekmillesdirilmesinde-boyuk-dil-modellerinden-istifade-etmeye-baslayiblar